“Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq”

“Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq”
“Kreml saxta referendumun nəticəsinə görə Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirəcək. Müharibə daha da şiddətlənəcək, bundan sonra mümkün danışıqların əhəmiyyəti qalmayacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Türkiyə tərəflər arasında taxıl anlaşmasından və əsirlərin dəyişdirilməsindəki vasitəçiliyindən sonra müharibənin dayandırılmasında artıq israr edə bilməyəcək, çünki nə Kreml saxta referendumla Rusiyaya biləşdirdiyi bölgələri geri qaytarmaq istəyəcək, nə də Kiyev bununla barışaraq əks-hücumlarını dayandıracaq: “Kreml Ukraynanın uğurlu əks-həmlələrinə cavab olaraq nüvə silahından istifadə edəcəkmi? Vaşinqton Putini artıq xəbərdar edib, Kremli anladıblar ki, Ukraynaya qarşı nüvə silahından istifadə etsə, Rusiyaya da nüvə silahı atılacaq. Putin səfərbərlik qərarıyla Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək. Dağıstanda etirazlar kütləvi xarakter alıb, valideynlər övladlarını ölümə göndərmək istəmirlər. Putin pandora qutusunun ağzını açıb, nəticə Rusiya üçün yaxşı olmayacaq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...