Basarkeçərin Zod kəndində beş gündür işıq yoxdur - SAKİNLƏR KÖÇÜB

Basarkeçərin Zod kəndində beş gündür işıq yoxdur -
"Beş gündür ki, Basarkeçər rayonunun Zod kəndində işıq yoxdur. Sentyabrın 13-nə keçən gecə təkcə elektrik naqilləri deyil, qaz xətti də zədələnib. Kabellərin bərpasına başlanılıb, qaz xəttinin təmirinə isə hələ başlanmayıb".

GUNDEMİNFO.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Mənbə xatırladır ki, Zod kəndi bölgədə ən çox zərər çəkmiş yaşayış məntəqəsidir. Çünki burada hərbi hissəyə bitişik olan bir çox evlər qismən dağılıb, indi yaşayış üçün yararsızdır.

Həmin evlərin sakinləri müvəqqəti olaraq başqa kəndlərdəki tanışlarının, dostlarının evlərində yaşayırlar. Döyüşlərlə əlaqədar qadınlar və uşaqlar təxliyə edilib, atəşkəsdən sonra kəndə geri dönənlər olmayıb.

Zodda hələ də məktəb, uşaq bağçası və mağazalar bağlıdır. Üç gündür ki, atəş dayansa da, sakinlər hələ də qeyri-müəyyənlik hiss edirlər. Səhərlər kəndə gedib, mal-qaranı yedizdirirlər, axşam isə yola düşürlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...