"Soros Fondu" Bakıya diplomatik təzyiq göstərməyə ÇAĞIRIŞ ETDİ

"Soros Fondu" Bakıya diplomatik təzyiq göstərməyə

Soros Açıq Cəmiyyət Fondu Bakıya diplomatik təzyiq göstərməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə amerikalı milyarder Corc Sorosun təsis etdiyi Açıq Cəmiyyət Fondunun “Twitter” səhifəsində məlumat verilib.

“Biz beynəlxalq ictimaiyyəti son bir həftə ərzində 200-dən çox hərbçinin ölümünə səbəb olan şiddətli döyüşlərin başlanmasından sonra Ermənistanın Azərbaycanla sərhədində atəşkəsi gücləndirmək üçün təcili addımlar atmağa çağırırıq.

Bu həftənin əvvəlində Azərbaycan qoşunları Ermənistan “ərazisini”, o cümlədən “mülki infrastrukturu” atəşə tutmağa başlayıb, daha sonra beynəlxalq sərhədin Ermənistan tərəfindəki əraziləri ələ keçirib.

Döyüşlər 2020-ci ildə iki ölkə arasında baş vermiş altı həftəlik müharibədən bəri ən qanlı döyüşdür. Bu döyüşlərdə minlərlə insanın Azərbaycanın sərhədləri daxilində yerləşən Qarabağda “erməni anklavına” nəzarət uğrunda həlak olduğu bildirilir.

2020-ci il müharibəsində döyüşlər və iki ölkə arasında əvvəlki münaqişələr əsasən beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi sayılan Qarabağla məhdudlaşıb.

Biz Aİ və BMT-ni Azərbaycan qoşunlarının Ermənistanı tərk etməsini və döyüş əməliyyatlarının bərpa olunmamasını təmin etmək üçün, o cümlədən atəşkəs monitorinq qruplarını yerləşdirməklə, habelə Bakıya sülh danışıqlarına qayıtmaq üçün diplomatik təzyiq göstərməklə addımlar atmağa çağırırıq”, – deyə məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...