Konstitusiya Məhkəməsinin qərarını icra etməyən şirkət milyonluq tenderləri necə udur? – Müəmma
Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2019-cu il tarixli qərarını icra etməyən şirkət dövlət qurumları tərəfindən keçirilən tender müsabiqələrində qalib olur.
Yeniavaz.com xəbər verir ki, 2017-ci ildə “Posco Daewoo” şirkətinin iddiası əsasında Azərbaycanın aparıcı şirkətlərindən olan “Grand Motors” MMC (VÖEN – 1500563941) barəsində Koreya Məhkəməsində qərar qəbul olunub.
Həmin qərarda göstərilir ki, “Grand Motors” MMC üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün “Posco Daewoo” şirkətinə 2 milyon dollardan artıq vəsait ödəməlidir. Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarı Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılıb.
Lakin, maraqlıdır ki, Konstitusiya Məhkəməsinin məlum qərarına baxmayaraq “Grand Motors” MMC “Posco Daewoo” şirkətinə olan borcunu ödəməyib.
Daha maraqlı məqam isə odur ki, Konstitusiya Məhkəməsinin məlum qərarını icra etməyən “Grand Motors” MMC dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub. Məhkəmənin məlum qərarından sonra “Grand Motors” MMC müxtəlif dövlət qurumlarından ümumi dəyəri 1,6 milyon manat olan 8 tender udub.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Konstitusiya Məhkəməsinin qərarına 2 ildən artıqdır laqeyd yanaşan bir şirkətin hansı etibarlılığının olacağı aydın deyil.
Yeri gəlmişkən qeyd edək ki, bu ilin iyun ayının 22-də “Grand Motors” MMC rəsmi sənədlərdə adını dəyişdirərək “GMC Group” MMC edib. Ancaq, adını rəsmi şəkildə dəyişsə də şirkət hazırda yenə də “Grand Motors” olaraq fəaliyyət göstərir.
“Grand Motors” MMC-yə bağlı olan daha bir şirkət “Grand Motors Company” QSC (VÖEN – 1306374771) adlanır. Bu şirkət yeni yaranıb. Konstitusiya Məhkəməsinin məlum qərarından sonra – 23.10.2019-cu ildə təsis olunan şirkət qısa müddət sonra böyük tender müsabiqələrində qalib olub. “Grand Motors Company” QSC sonuncu dəfə ötən ay “Azərsu” ASC-nin keçirdiyi 750 min manatlıq tenderdə qalib olub. Yeni yaranmasına baxmayaraq bu şirkət son 2 ildə 13 tender müsabiqəsində qalib gəlməyi bacarıb.
“Grand Motors” MMC-nin adı dəyişən gün (22.06.2022) reyester məlumatlarında dəyişiklik edilən daha bir şirkət “Ramma” QSC (VÖEN – 1302345421) adlanır. Bu şirkətin qanuni təmsilçisi Tahir Məmmədov 13 ildən çoxdur “Grand Motors” MMC-də satış meneceri vəzifəsində çalışır. Yazıda adı keçın digər şirkətlər kimi “Ramma” QSC də tender müsabiqələrində tez-tez qalib olur.
“Grand Motors”a bağlılığı olan və bənzər sahələrdə (avtomobil ehtiyat hissələri) keçirilən tenderlərin qalibi olan daha bir şirkət “Caspian Equipmet Company” QSC (VÖEN – 1306120171) adlanır. Bu şirkət də “Grand Motors Company” QSC kimi Konstitusiya Məhkəməsinin məlum qərarınndan sonra – 18.06.2019-cu ildə təsis olunub. Təsis olunduqdan sonra 14 tenderin qalibi olub. “Caspian Equipmet Company” QSC-nin qanuni təmsilçisi Kamal Bağırov da uzun müddət “Grand Motors” MMC-də rəhbər vəzifələrdə çalışıb.
Yuxarıda yazılanlardan da göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarını icra etməyən “Grand Motors” MMC adını dəyişdirərək “GMC Group” MMC qoysa da, bu şirkətə bağlı olan digər şirkətlər - “Grand Motors Company” QSC, “Caspian Equipmet Company” QSC və “Ramma” QSC vasitəsilə onlarla tender müsabiqəsində qalib olub.
Onu da qeyd edək ki, bugünə kimi "Grand Motors" MMC-nin adı mətbuatda dəfələrlə müzakirə olunub. Şirkət daha əvvəl "Unileasing" QSC ilə bağlanan müqaviləyə (öhdəliyə) əməl etmədiyi üçün məhkəməyə verilib.
Məsələ ilə bağlı, "Grand Motors" MMC-yə (hazırda “GMC Group” MMC) məxsus olan 404 14 14 nömrəli telefona zəng etdik. Özünü mühafizəçi kimi təqdim edən şəxs 10 dəqiqiə sonra zəng etməyimizi istədi. 10 dəqiqiədən sonra telefon zənglərimizə cavab verən olmadı.
797 dəfə oxundu