Əfv siyahısı prezidentə gələn həftə təqdim ediləcək

Əfv siyahısı prezidentə gələn həftə təqdim ediləcək


Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar əfv sərəncamnı gələn həftə imzalayacağı gözlənilir.

“GUNDEMINFO” xəbər verir ki, bu barədə modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasından məlumat verilib. Bildirilib ki, əfv üçün müraciət etmiş məhkumların işi ilə bağlı müzakirəlrə demək olar ki, yekunlaşıb. Müzakirələrin yekunu olaraq, hazırlanacaq siyahı gələn həftə ölkə başçısına təqdim ediləcək. Ondan sonra müvafiq sərəncam vermək isə Prezidentin ixtiyarıdır.

İnsan Haqları üzrə Birgə İşçi Qrupu da özünün hazırladığı siyahını (25 nəfər) bir neçə gün öncə Əfv Məsələləri Komissiyasına təqdim edir.

Prezident İlham Əliyev sonuncu dəfə əfv sərəncamını bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalamış, 101 məhkum əfv olunmuşdu.

Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...