"Günəşli" yatağında xəsarət alan neftçilər psixioloji vəziyyətləri ilə əlaqədar xəstəxanaya qayıdıblar

"Günəşli" yatağında xəsarət alan neftçilər psixioloji vəziyyətləri ilə əlaqədar xəstəxanaya qayıdıblar


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl xəsarət alan Heydər Abbasov, Rəşid İbrahimov və Ehtiram Məlikov səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Onların şikayəti əsasən, psixi pozuntularla bağlıdır. Xəstələr terapiya şöbəsindəki palataya yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini qeyd ediblər. Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 15 nəfərə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...