Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edilib

Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edilib
NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

"Buta Airways"in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...