Ramiz Mehdiyevin 2 həftə əvvəl ağac əkdiyi bağ da əlindən alındı
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında Qərar imzalayıb. Qərarda qeyd olunur ki, AMEA Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
Yeniavaz.com xəbər verir ki, 2 həftə əvvəl AMEA prezidenti Ramiz Mehdiyev Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə Mərkəzi Nəbatat Bağında Şərq çinarı əkib və bu zaman ağacın əkiləcəyi yerə kimi də daş döşətdirib.
AMEA tərəfindən paylaşılan görüntülər sosial şəbəkələrdə və mətbuatda birmənalı qarşılanmayıb. Bildirilib ki, bu daşlar Ramiz Mehdiyevin ayaqqabısının palçığa batmaması üçün ora düzülüb.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı 1934-cü ildə yaradılıb. Sahəsi 41,3 hektardır. 1936-cı ildən Botanika İnstitutunun nəzdində bir şöbə kimi fəaliyyət göstərib. AMEA Rəyasət Heyətinin 2000-ci il tarixli qərarı ilə Botanika İnstitutunun strukturundan ayrılaraq Biologiya və Tibb Elmləri Bölməsinin nəzdində sərbəst elmi-tədqiqat təşkilatına çevrilib. Ötən il AMEA prezidenti Ramiz Mehdiyevin iqtisadi məsələlər üzrə müşaviri olan Natiq Allahverdiyev Nəbatat Bağına direktor təyin olunub.
658 dəfə oxundu