Erməni biznesmenlər də İrana səfər üçün Azərbaycana gömrük rüsumu ödəyir?..
“Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazır.
Qəzetin əldə etdiyi Azərbaycan gömrük postunun verdiyi qəbzdən bəlli olur ki, erməni iş adamları tərəfindən malların daşınması ilə məşğul olan fars sürücülər Gorus-Qafan yolunun azərbaycanlıların nəzarətində olan hissəsindən istifadəni davam etdirir və bunun üçün azərbaycanlılara 130 dollar ödənilir. .
Bununla bağlı “Joqovurd” qəzeti Azərbaycanın Gorus-Qafan yolunda gömrük rüsumlarını tətbiq etdiyi gündən Ermənistan sakinlərinin yoldan istifadəyə görə Azərbaycan tərəfinə nə qədər pul ödədiyini öyrənmək üçün iqtisadiyyat naziri Vaan Kerobyanla əlaqə saxlamağa çalışıb.
“Ancaq nazir yazılı müraciət edilməsi lazım olduğunu bildirib. Bəlli olur ki, əslində azərbaycanlılara yalnız iranlılar deyil, həm də Gorus-Qafan avtomobil yolunu keçdikləri üçün Ermənistan vətəndaşları da vergi ödəyirlər. Çünki yük maşınlarının alternativ marşrutu keçilməzdir.
Ola bilsin ki, bu, baş nazir Nikol Paşinyanın qeyd etdiyi və artıq soydaşlarımızın öz keçmiş düşmənlərinin büdcəsini zənginləşdirdiyi sülh dövrünün başlanğıcıdır”- Ermənistan qəzeti belə yazır.
1129 dəfə oxundu