COVID-19 xəstələrinə ayrılan dərmanları kim “yeyir”? – “Burada ciddi korrupsiya var”
COVID-19 virusuna yoluxan xəstələrin müalicəsi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.
Bakupost.az -ın məlumatına görə, bəzi millət vəkilləri və ictimai xadimlər bildirir ki, bu müalicələrin dövlət hesabına aparılması deyilsə də, faktiki xərclər demək olar ki, vətəndaşların özləri tərəfindən ödənilir. Burada əsas məsələ evdə müalicə olunan xəstələrlə bağlıdır.
Belə ki, qərara əsasən, evdə müalicə olunan xəstələrin dərmanları dövlət tərəfindən təmin olunmalıdır. Amma təqdim olunan dərmanlar ya xəstələrə verilmir, verilsə belə həmin dərmanlar müalicə üçün yetərli olmur.
İşin biabırçı tərəfi odur ki, kovidə yoluxmuş xəstələrə qeydiyyatda olduqları klinikalardan zəng edib bildirirlər ki, gəlib dərmanlarınızı götürün.
Amma bunu kim götürsün? Evdən çıxması qadağan olunan kovid xəstəsi? Bəlkə onun ailə üzvləri?
Bilirik ki, ailədə bir nəfər virusa yoluxduqda bütün ailə üzvləri karantinə alınır və çölə çıxa bilmirlər.
Bəs bu zaman dərmanları kim götürsün? Bəlkə adamların qohumları, dostları yoxdur. Əgər varsa da, kim xəstə olduğu bilinən şəxslərlə təmasda olmaq istəyər?
Məsələ ilə bağlı Bakupost.az -ın sorğusuna TƏBİB-dən verilən açıqlamaya görə xəstələr dərman paketləri ilə təmin olunur:
“TƏBİB Abşeron rayonu, Sumqayıt şəhəri və respublikamızın digər rayonları üzrə koronaviruslu xəstələri dərman paketləri ilə təmin edir.
Təəssüf ki, dərman çatdırma xidmətimiz yoxdur, çünki tibb qurumu olaraq əsas işimiz müayinə, müalicədir. Bu səbəbdən evdə müalicə olunan vətəndaşlara dərman paketləri adətən xəstələrin qohumları, qonşuları, dostları vasitəsilə çatdırılır”.
Vətəndaş və İnkişaf Partiyasının sədri, ixtisasca həkim olan Əli Əliyev də qeyd edib ki, evdə müalicə qərarı vermiş xəstələrin dərman təminatı lazımınca həyata keçirilmir:
“Diqqət nöqteyinəzərdən və statistik məlumat baxımından işlər müəyyən qədər qurulub. Amma evdə müalicə qərarı vermiş xəstələrin dərman təminatı isə lazımınca həyata keçirilmir. Burada yəqin ki, korrupsiya faktları var. Çünki hər qeydiyyata alınmış xəstə evdə müalicə alırsa, ona protokola uyğun bütün dərmanlar verilməlidir. Amma əminliklə deyə bilərəm ki, evdə müalicə olunan xəstəyə göndərilən paketin içərisində ən bahalı beşinci nəsil antibiotiklər, antiviral pereparatlar, bir sözlə keyfiyyətli dərmanlar olmur. İndi antivirus pereparatının aptekdə qiyməti 45-50 manat, sonuncu nəsil antibiotiklərin bir sisteminin qiyməti hardasa 40-80 manat arası dəyişir. Xəstələr bu pereparatlarala təmin edilmir. Hər halda protokollar mövcuddur və ağırlaşma dərəcəsindən asılı olaraq xəstələrə müxtəlif dərmanalar çatdırılmalıdır. Bir neçə dəfə evdə olan xəstələrə verilən dərmanları görmüşəm. Çox zəif, yəni ikinci-üçüncü dərəcəli keyfiyyətə malik dərman istehsalı ilə məşğul olan Hindistan və başqa zəif dövlətlərin dərmanları o paketlərin içərisində olur. Lakin statistika aparılır, karantin şərtlərinə əməl edilməsinə nəzarət edilir. Bu da insanların üzərində olan nəzarətdir.
Həmçinin vacib olan dərmanlardan biri də sinkdir. Keyfiyyətli sink pereparatının 10 tableti bizim aptek şəbəkələrində 27-30-36 manata satılır. Əsas güc antibiotik və antiviral dərmanlara düşür ki, antibiotiklər də çox bahadır. Eyni zamanda bunun sistem köçürülməsi də var. Tibb bacıları indiki vaxtda bir ineksiyanı 30-50 manat arasında evdə vururlar. Azı 5-10 sistem köçürülür xəstəyə, təsəvvür edin evdə tibb işçisi yoxdursa onların hər birinə 30 manatdan hesablasan 150-300 manat arası bir xərcdir. Həmçinin Kleksan çox bahalı dərman pereparatıdır. Yəni bunların heç biri evdə müalicə olunan xəstənin paketində olmur”.
Tanınmış həkim-pediatr Aytən İsmayılzadə bildirib ki, evə yalnız vitaminlər çatdırılır:
“Evdə kovid xəstələrinə nəzarət edirdim, onlara TƏBİB tərəfindən evə vitamin C və sink göndərilirdi ki, bununla da xəstələrə kömək etmək olmaz.
Virusun azalan vaxtlarında, karantin yumuşaldılanda növbəti dalğalara hazırlaşmaq, evdə tibbi xidmətin təşkilinə nələrsə əlavə etmək lazım idi. Lazımdır ki, evə Kleksan və Aspirin kimi dərmanların göndərilməlidir, hansı ki, xəstələr Kleksanı tapa bilmir və bahadır. Elə vətəndaşlar da var ki, vaxtında tapıb müalicəyə başlaya bilmir. Daha sonra evdə rahat şəkildə yaxma götürülməsi və cavablarının poliklinikadan rahat şəkildə ala bilməsi üçün şərait yaradılmalıdır. Yoxsa, təcilli tibbi yardıma zəng edəndən sonra, haçansa o gələcək və üç gündən sonra da cavab verəcək. Belə olanda da artıq xəstəyə ilkin yardım üç gün gecikmiş olur. Əlbəttə, ağırlaşmış xəstəni həyata qaytarmaq çətin məsələdir. Lakin ilkin mərhələdə düzgün yardım, xəstələri özbaşına qoymamaq lazımdır”.
2086 dəfə oxundu