Yalan danışan insanların 8 əlaməti – Keçmiş FTB agenti açıqladı
ABŞ-da təqaüddə olan Federal Təhqiqat Bürosunun (FTB) agenti insanların yalan danışdıqları zaman necə davrandıqları ilə bağlı məlumatları bölüşüb.
Yeniavaz.com “NTV”ə istinadla xəbər verir ki, FTB-nin keçmiş agenti Robin Drekin sözlərinə görə, yalan danışan insanları 8 əlamətə diqqət yetirməklə aşkarlamaq olar.
Sözügedən əlamətlər bunlardır:
Yalançı insanlar özlərindən çox əmin danışırlar
Yalan danışan insanlar "həmişə" və "heç vaxt" kimi mütləq ifadələrlə danışırlar. Bu cür ifadələrdən istifadə edən insanlar çox nadir hallarda həqiqəti söyləyirlər.
Yalan danışmayan insanlar isə qeyri-müəyyən sözlərdən istifadə edirlər. Dürüst insanlar adətən dəqiq ifadələrdən qaçır. Bu şəxslərin “adətən”, “ola bilsin”, “bəzən”, “tez-tez” və “ümumiyyətlə” kimi ifadələr işlədir.
Özlərini tərifləmək üçün çox vaxt doğru zamanı gözləyirlər
Bir çox insanlar lovğalanmağı bildiklərini düşünürlər, amma doğru mənada bilmirlər. Bəzi insanlar 15 saniyəlik özünü tərifləmə seansını söhbətin doğru anı gələnə qədər gözləyirlər. Dostunuzun sizi tərifləməsinə diqqət edin.
Onlara axtardıqları tərifi verdiyiniz zaman onlar buna məhəl qoymurlar. Onların əsas məqsədi siz bunu etmək üçün mübarizə apararkən onlara nə qədər böyük olduqlarını xatırlatmağınızdır.
Ortaq dostları müzakirə edərək sizi məmnun etməyə çalışırlar
Yalan danışan və ya vicdansız insanların əsas xüsusiyyətlərindən biri də ortaq dostlarınızı tənqid edərək sizi razı salmağa çalışmaqlarıdır. Onlar daima sənin başqalarından daha yaxşı olduğunu vurğulayırlar. Bu zaman isə tək bir sual düşünə bilərsiniz: “Mən olmayanda bəs mənim haqqımda nə deyir?
Hər şeyi müdafiə edirlər
Yalan danışan insanların ən təhlükəli xüsusiyyətlərdən biri hər şeyi müdafiə etməyə çalışmaqlarıdır.
Bir çox insan nəyisə inkar etsə, onun mövcudluğunun dayanacağını düşünür. Onlar adətən özlərinə qarşı edilən tənqidi zarafata və ya mənasız təhqiramiz ifadələrə çevirirlər. Onlar günahkar olduqlarını qəbul etməzlər və ya sadəcə söhbətdən qaçarlar. Bu, yalançı insanların özlərini qoruma metodlarından biridir.
Müzakirəni sevirlər
Burada rasional fikir mübadiləsi nəzərdə tutulmur. Həmin müzakirələr çox vaxt qadın proqramlarından tutmuş siyasi debatlara qədər hər yerdə rast gəlinən debatlardır. Bu, insanları manipulyasiya etməkdə təsirsiz ola biləcək bir çox hiylələrdən biridir.
Fikir bildirmək əvəzinə insanlara hücum edərlər və onları küçümsəyərlər.
Fikir bildirmək əvəzinə insanlara hücum etmək, insanların qorxuları ilə oynamaq, istehzalı və alçaldıcı danışmaq, birini haqqsız günahlandırmaq yalançı insanların ən çox işlətdiyi taktikalardandır.
Çox danışırlar, lakin işlətdikləri cümlələr mənasız olur
Yalançı insanlar çox danışırlar, lakin dedikləri sözlərdən yalnız bir neçəsində məna tapmaq mümkün olur. Bu, adətən nəyisə gizlətməyə çalışdıqları və ya deyəcək bir şeyləri olmadığı üçün olur. Bu səbəbdən keyfiyyəti kəmiyyətlə əvəz etməyə çalışırlar. Araşdırmalara görə, aydın, qısa, cəlbedici və həvəsləndirici danışmaq uğurlu ünsiyyətin dörd əsas xüsusiyyətindən biridir.
Necə üzr istəməli olduqlarını bilmirlər
Üzr istəmək olduqca asandır. “Bağışlayın” deyirsiniz, vəssalam. Təəssüf ki, bu söz yalançı insanlardan nadir hallarda eşidilir. Onlar özlərini üzgün göstərərək sizi günahlandırmağa çalışacaqlar.
İnsanları qıcıqlandıran bədən dilindən istifadə edirlər
Yalançı və səmimi olmayan insanlarda əsl gülüşdən fərqli olaraq ağız kənarları qalxmır, birbaşa geri çəkilir. Onların təbəssümləri yarımçıq olur və qaşları tez-tez çatılır. Həmin insanlarda başın istiqaməti sağa və ya sola çevrilmiş vəziyyətdə olmur. Yəni onları başları önə əyilmiş vəziyyətdə sizi təhqir etməyə çalışarkən müşahidə edə bilərsiniz. Dürüst insanların gözü açıqdır. Yalançı insanların gözləri bir qədər qapalıdır və çox hərəkət etmədən sizə baxırlar. Əgər bu vəziyyət tez-tez baş verirsə, qarşınızdakı insanın yalan danışdığından şübhələnə bilərsiniz.
1487 dəfə oxundu