Əli İnsanovla Əli Kərimli barda görüşüb? - Zəlimxan Məmmədlidən açıqlama

Əli İnsanovla Əli Kərimli barda görüşüb? -

Ötən gün HƏP sədri Əli İnsanov AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə AXCP sədrinin müavini Seymur Həzi özünün facebook səhifəsində məlumat yayıb.

AXCP funksionerinin müxalif partiya sədrlərinin görüşündən paylaşdığı şəkil müzakirələrə səbəb olub. Görüşün keçirildiyi məkanla bağlı müxtəlif mülahizələr irəli sürülür. Sosial şəbəkə iştirakçıları fonda içki şüşələrinin olduğunu əsas gətirərək, görüşün barda baş tutduğunu qeyd edirlər.

Siyasi məzmun daşıyan bir görüş üçün başqa alternativ məkan yox idi?

Görüşdə nələr müzakirə olunub?

Yenisabah.az-a danışan görüş iştirakçısı HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib ki, bu barədə rəsmi açıqlama verilib:

“Açıqlamamızda bunlar ehtiva olunub. İctimai-siyasi vəziyyət, həm də partiyalararası əməkdaşlıq məsələləri müzakirə olunub. İkitərəfli məmnuniyyət ifadə olunaraq, bu görüş baş tutub və yekunlaşıb. Bundan sonra da biz HƏP olaraq yenə siyasi partiyalarla görüşlərimizi davam etdirəcəyik”.

""Əli İnsanovla Əli Kərimli niyə barda görüşüb" sualını gəldikdə isə partiya funksioneri bunları qeyd edib:

“Bu görüş sosial şəbəkə istifadəçilərini dediyi kimi, barda keçirilməyib, elə deyil. Bu ortaq razılaşdırılmış bir məkanda araya gəlmişik və çay masasında oturmuşuq. Masamızın üzərində olanlar çox önəmlidir. Amma ora əyləncə yeridir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...