Azərbaycanda 12 deputatın evi yoxdur - Milli Məclisdə ev problemi
Azərbaycanda 12 deputatın evi yoxdur, bu barədə anews.az-a özəl mənbədən məlumat daxil olub.
Deputat Tahir Kərimli bugün "Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bu məsələyə toxunub. O deyib ki, Milli Məclisin işçilərinə yaşayış binası ayrılmasına kömək edilməlidir.
"Hökümətdən xahiş edirəm ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin. Parlamentdə uzun illər işləyən gənclər var Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyiniz həyalıdıır deyə belə münasibət göstərmək olmaz",deyə Tahir Kərimli deyib.
Deputat Razi Nurullayev də bildirib ki, bəzi deputatlarin evi yoxdur. Onlarin kirayə aylıq ödəniş məbləği 220 manatdır.
Sahibə Qafarova Tahir Kərimliyə irad olaraq bildirib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur.
"Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə onun söhbətinə əsəbiləşdim, əsəbimi də gizlətmək istəmirəm. Parlamentin yiyəsi də var, heç bu söz parlamentə yaraşmır da. Mən demişəm, yenə deyirəm, parlamentin yiyəsi Azərbaycan xalqıdır. Qaldı ki, ev məsələsinə. Qarabağda bu gün 1 milyon qaçqın-məcburi köçkün var. Qaçqınlar hara gedəcək? Onları yerləşdirək, sonra danışarıq", - deyə sədr bildirib.
1309 dəfə oxundu