Agentlik vergi borcu olan firmadan 800 minlik məhsul alır

Agentlik vergi borcu olan firmadan 800 minlik məhsul alır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibləri müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, Agentlik ümumi olaraq rentgen və digər diaqnostik vasitələrin satın alınması üçün 1 milyon 963 min 307 manat 60 qəpik ödəyəcək.

Belə ki, qurum "Araş" Firmasına 831 min 900 manat, "Yurd Pharma" MMC-yə 23 min 600 manat və "MEDSOL" MMC-yə isə 1 milyon 107 min 807 manat 60 qəpik verəcək.

Məlumat üçün qeyd edək ki, "Araş" Firmasının 5 min 196 manat 6 qəpik vergi borcu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...