Koronavirusdan öldüyü deyilən 1-ci sinif şagirdinin anası danışdı - VİDEO
Ötən gün sosial şəbəkələrdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyevin koronavirusdan vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məktəbdən Xəzər TV-yə bildirilib ki, R. Quliyev sonuncu dəfə sentyabrın 28-də dərsə gəlib. Vəfat edən azyaşlının anası Aygün Quliyevanın sözlərinə görə, oğlunun koronavirusdan dünyasını dəyişməsi barədə yayılan məlumatlar doğru deyil. O deyir ki, ölümündən əvvəl oğlunun bədənində səpkilər, üzündə isə şişlər əmələ gəlib: “Övladım ürək-damar çatışmazlığına görə dünyasını dəyişdi. Mənim uşağımda koronavirus aşkarlanmayıb, sadəcə qanı aşağı olub”.
Şagirdin nənəsi Mehriban Quliyeva isə vurğulayıb ki, nəvəsi 4 gün evdə, 5 gün isə xəstəxanada müalicə alıb: “Oktyabrın 14-də isə müalicə olunduğu xəstəxanada dünyasını dəyişdi. Ürək genişlənməsi olmuşdu. Həkim telefonda mənə dedi ki, uşağın orqanları bədəndə yığılmış suya görə sıradan çıxıb”.
Qeyd edək ki, TƏBİB də birinci sinif şagirdinin vəfatı ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən R. Quliyev ''MisC" xəstəliyindən, uşaqlarda multisistem iltihab sindromundan vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.
545 dəfə oxundu