Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?

Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?
Sosial şəbəkələrdə poliklinikaların birində koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlanıldığını əks etdirən görüntülər yayılıb.

Foto geniş müzakirələrə səbəb olub, vaksinlərin bu şəraitdə hansı keyfiyyətdə saxlanıldığı sual doğurur. Həmçinin peyvənd məntəqələrinin lazımi soyutma konteyneri ilə təmin olunub-olunmaması da müzakirə mövzusudur.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həqiqətən də həmin soyuducu konteynerdən 16 saylı Şəhər Poliklinikasında istifadə olunub: “Vaksinlər poliklinikalarda 2-5 dərəcə temperaturda saxlanılır. Bu soyuducular da həmin temperaturu təmin edir”.
Peyvəndlər niyə “Hell” soyuducusunda saxlanılır?

Poliklinikaların soyuducu konteynerlərlə təminatına gəlincə isə, qurumdan bildirilib ki, bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətində deyil.

Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də sorğu ünvanladıq. Agentlikdən məsələ haqda gün ərzində cavab veriləcəyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...