Sentyabrda qadağalar qayıdır: Vaksinasiyadan imtina edənləri nələr gözləyir?
Məktəblərə, ticarət mərkəzlərinə, restoran-kafelərə və marketlərə giriş istisnasız olaraq barkodla olacaq və...
Koronavirusa yoluxma sayında artım və azalma olsa da, ölüm halları hər keçən gün artır. Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun sonunda, sentyabrın əvvəlində yeni qərarlar verəcəyi gözlənilir. Bu qərarların nə olacağı haqda ən müxtəlif iddialar var. Əsas iddia budur ki, bir sıra Avropa ölkələrindəki kimi lakdaun olmasa da, bəzi məhdudiyyətlər yenidən geri qayıdacaq, iri məktəblərə, təhsil ocaqlarına, ticarət mərkəzlərinə, restoran-kafelərə və marketlərə giriş istisnasız olaraq barkodla olacaq, yəni vaksinasiyadan keçməyənlər o cür yerlərə buraxılmayacaq. Qadağalar sırasına sentyabrın 10-dan etibarən küçədə maska taxmaq məcburiyyəti də qayıda bilər... Əks göstərişi olmayan “vaksinasiya dissidentləri” ilə bağlı da xüsusi qadağalar planı da var ki, bu hazırda müzakirə edilir. Ehtimal edilir ki, oktyabrın 1-dək vaksinasiyadan ümumiyyətlə keçməyənləri, onların ictimai yerlərdə karantin qadağasını pozduğu aşkar edilərsə (məsələn, maska taxmasa) bir neçə dəfə artıq cərimə edilməsi gözlənilir.
Pravda.az xəbər verir ki, mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli danışıb: “Əhali arasında təbliğat daha da gücləndirilməlidir. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, bizim əhali digər millətlərlə müqayisədə vaksin olunmağa daha çox meyllidir. Təbii ki, bu hələlik yetərli deyil. Əhalinin 50 faizindən az hissəsi vaksinasiyada iştirak edib. Zamanla bu rəqəm artacaq. Araşdırmalar göstərir ki, hansı ərazilərdə vaksinasiya 50 faizi ötübsə, orada yoluxma sayında kifayət qədər azalmalar müşahidə edilir. Fikrimcə, vaksinasiya pandemiyanın yaratdığı problemləri aradan qaldıracaq. Hər kəs özünü məhdudiyyətlərdən qorumaq üçün, cərimələrdən qorumaq üçün vaksinasiyada iştirak etməlidir”.
İnfeksionist deyir ki, rüşvət verib saxta vaksinasiya pasportu alanlar və satanlar haqqında çox ciddi tədbirlər görülməlidir: “Bu məsələdə güzəştə getmək olmaz. Buna şərait yaradan insanlara ən sərt cəzalar tətbiq olunmalıdır. Bu bir cinayətdir, çünki insanların yoluxmasına, hətta ölümünə səbəb olurlar”.
N.Əzimli “hər iki doza vaksin olunanların koronavirusdan ölməsi, ağırlaşması” kimi iddialara da cavab verib: “Bu fikir əsassızdır. Belə tək-tək baş verən hadisələr ümumi statistikanı əks etdirmir. Heç kim də demir ki, vaksinlər yüz faiz qoruyucudur. Çox kiçik faiz olsa da, risk həmişə var. Ancaq orada müxtəlif məqamlar ola bilər ki, bunlar araşdırılmalıdır. Ümumi olaraq statistikaya nəzər saldıqda görürük ki, reanimasiyaya düşən vaksinsiz xəstə sayı vaksin olunmuşlara nəzərən dəfələrlə çoxdur”.
Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli bildirib ki, evdə müalicənin ən yanlış tərəfi qanı yoxlanılmadan edilən ümumiləşdirilmiş müalicələrdir: “İntensiv terapiya şöbələri xəstəxananın digər şöbələrində ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış ixtisaslaşdırılmış şöbələrdir və bu şöbələr mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunub. Təbii ki, insanlarda bununla bağlı qorxu var. Çox insan düşünür ki, süni tənəffüs aparatına qoşulduqları zaman bu artıq sondur. Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.
Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır. COVİD-19 virusunun nəinki bizim ölkədə bütün dünyada virusun hansı formada, intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur. Nədən qaynaqlanır, patogenetik istiqaməti necədir, müalicə prinsipi hansılardır, bu suallar üçün statistik dəqiq bir mənbə hələ də yoxdur. Təbii ki, insanlar yoluxduğu zaman onlarda virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi bu xəstəlikdə çox böyük rola malikdir. Zəif immun sisteminə malik orqanizmdə əlbəttə ki, virusun inkişafı da olduqca sürətli baş verir. Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, soyuqdəymədir deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr artıq gecikmiş halda xəstəxanalara müraciət edirlər. Ən çox da evdə müalicə zamanı edilən yanlış odur ki, müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan edilən ümumiləşdirilmiş müalicələr edilir. Ağırlaşan xəstələrin qəbul şöbəsində vəziyyətləri dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılması təyin edilir".
Baş reanimatoloq əlavə edib ki, ilk növbədə reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir: “Kəskin tənəffüs çatışmazlığının olduğu hallar, kəskin hemodinamik pozulmalarla müşahidə olunmuş hallar, yanaşı xəstəlikləri olan xəstələr. Məsələn, ola bilər ki, xəstədə kəskin tənəffüs çatışmazlığı olmasın, amma yanaşı xəstəlikləri var, şəkər, ürəkdə stent, yüksək təzyiq bu halda xəstə dinamiki müşahidədə saxlanmaq üçün reanimasiyaya yerləşdirilir. Ümumi göstəriciləri belə dəyərləndirə bilərik ki, kəskin tənəffüs çatışmazlığı varsa, əlbəttə, bu, tənəffüsün sayına da bağlıdır, bu say 30-un üstündədirsə, oksigenin parsial təzyiqi 70-in altındadırsa, karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, bu hallar reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiya nəticəsidir.
İntubasiya, endotrakeal boru (ET) adlanan bir borunun ağızdan və sonra tənəffüs yoluna daxil edilməsidir. COVİD-19 infeksiyasında, xüsusilə yüksək ağciyər tutulumu və nəfəs darlığı olan xəstələrdə, qanda oksigen səviyyəsinin aşağı olması ilə xəstənin intubə edilməsinə ehtiyac ola bilər. İntubasiya olunmuş xəstə ventilyasiya cihazına bağlı olduğu müddətdə reanimasiya şöbələrində qalır. Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, intubasiyadan sonra bir müddət reanimasiyada qalmaq lazım gələ bilər. Ancaq hər bir reanimasiyada xəstəyə intubasiya edilmir. Tənəffüs funksiyasını müstəqil şəkildə yerinə yetirə bilən xəstələrdə intubasiya tələb olunmur.
İntubə edilmiş xəstələrin xəstəxanaya yerləşdirmə üsulu xəstənin vəziyyətinə görə həkimlər tərəfindən təyin oluna və zaman-zaman dəyişdirilə bilər. Bəzi xəstələr intubasiya zamanı üzü aşağıya qoyulur. Bəzi xəstələrdə klassik yatma mövqeyinə üstünlük verilə bilər. COVID-19 və tənəffüsə təsir edən bir çox digər xəstəliklərdə, xəstəlik şiddətli olarsa, müəyyən bir müddət intubasiya yolu ilə mexaniki ventilyasiya almalı ola bilər. Ümumiyyətlə, yoluxucu xəstəliklərdə dərman müalicələri və digər müalicə variantları sınandıqda və hələ də nəticə vermədikdə intubasiya tətbiq olunur.
Buna görə də intubə COVİD-19 xəstələrində antiviral dərmanlar, antikoaqulyantlar (qan sulandırıcı) kimi bir çox müalicə üsulunun kifayət qədər nəticə vermədiyi hallarda tətbiq olunan bir prosedurdur. İntubasiyanın neçə gün çəkəcəyi tamamilə xəstənin vəziyyətindən asılıdır. Bəzi xəstələrdə yalnız bir neçə günə, bəzi ağır xəstələrdə isə həftələrlə intubasiyaya davam etmək lazım ola bilər. Xəstə nə qədər uzun müddət intubə olarsa, komplikasiya ehtimalı da o qədər yüksək olar.
Uzun müddət intubə edilmiş xəstələrdə tənəffüs yollarının daralması və ağciyərlərin tənəffüs dəstəyindən asılılığı kimi risklər inkişaf edir. Bu səbəbdən bir neçə həftə ərzində sağalmayan xəstələrdə traxeostomiya kimi fərqli üsulların tətbiq edilməsi lazım ola bilər. Traxeostomiyada birbaşa nəfəs borusuna açılan bir yolun köməyi ilə nəfəs almaq mümkün olur. Elmi statistikaya baxdıqda, intubasiya edilmiş COVİD-19 xəstələrinin təxminən dörddə üçünün sağ qaldığı görülür. Buna görə intubasiya olunmuş xəstənin sağ qalma ehtimalının hələ də yüksək olduğunu söyləmək olar. İntubə edilməyən xəstələrə nisbətən intubə edilmiş xəstənin ölüm nisbətinin artmasının səbəbi, ventilyatora qoşulan xəstənin ağır xəstə olmasıdır. İntubasiya zamanı xəstənin təqibi və müalicə prosesi çox vacibdir. İntubasiya olunmuş xəstələrin təqibi üçün reanimasiya ən əlverişli mühitdir. Sağalmağa başlayan xəstələrdə ventilyasiya dəstəyi kəsildikdən sonra xəstəyə, ümumiyyətlə, bir müddət oksigen dəstəyi verilməlidir".
Həkim qeyd edir ki, bütün bu tətbiqlər zamanı hər bir xəstənin sağlamlıq vəziyyəti unikal olacağından, proses və tətbiqlər xəstədən xəstəyə fərqli ola bilər. Bu səbəbdən intubə edilmiş xəstələrin yaxınlarının yalnız həkimlərinin tövsiyələrinə uyğun hərəkət etmələri faydalıdır. Xəstəlik ciddi şəkildə irəliləyərsə və evdə izlənilən COVİD-19 xəstələrində nəfəs darlığı inkişaf edərsə, intubasiya lazım ola bilər. Bu səbəbdən nəfəs darlığı yaranan COVİD-19 xəstələri dərhal tibb müəssisələrinin təcili xidmətlərinə müraciət etməlidirlər.
Həqiqətən reanimasiya şəraitində xəstələrin nə yaşadıqlarını anlamaq üçün bu mühiti görmək lazımdır. Həmişə deyirəm, COVİD-19 xəstələrinin reanimasiya vəziyyətləri digər hallardan çox fərqlənir. Xəstənin şüuru yerindədir və o, ağrını tamamilə hiss edir. Bu, həqiqətən çox ağırdır. Hətta bəzən həmkarlarımızla danışdığımız zaman koma vəziyyətinin belə bu haldan daha az əzab verdiyi qənaətinə gəlirik. Bunu ancaq yaşamış insanlar anlaya bilər. Əgər insanlar bu mənzərənin qorxuncluğunu görə bilsələrdi, əminəm düşüncələri tamam fərqli olardı.
Vətəndaşlarımıza bu vəziyyətlə qarşılaşmamaq üçün bir daha səslənirəm: ən gözəl müalicə xəstəliyə tutulmamaqdır. Ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün mütləq vaksinasiyada iştirak edək. Eyni zamanda 3 qızıl qaydanı unutmayaq: sosial məsafə saxlayaq, maskadan istifadə edək, gigiyena qaydalarına əməl edək".
“Yeni Müsavat”
566 dəfə oxundu