Ölkədə koronavirusla bağlı son vəziyyət: COVID-19 təhlükəsi qayıdır? - ARAŞDIRMA

Ölkədə koronavirusla bağlı son vəziyyət: COVID-19 təhlükəsi qayıdır? -

İki ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı öz ağuşuna alıb.

Bir sıra ölkələr, o cümlədən Azərbaycan pandemiyaya qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır, mühüm tədbirlər həyata keçirilir. Hazırda ölkəmizdə COVID-19 ilə bağlı epidemioloji durum müsbət istiqamətdədir. Lakin ekspertlərin vurğuladıqları kimi, nə qədər ki, yeni növ koronavirus infeksiyası mövcuddur, arxayınlaşmaq olmaz.

Qeyd edək ki, artıq bir çox ölkələr Ümumdünya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş peyvəndlərdən istifadə edir. Lakin buna baxmayaraq virus mutasiya edir. Hazırda virusun yeni və daha təhlükəli variantlarının yayıldığı danılmaz faktdır.
Virusla mübarizədə vaksinasiyadan istifadə edən ölkələrdə də yoluxma sayı artmağa davam edir.

Maraqlıdır, hazırda hansı ölkələrdə yoluxma sayı artır? Yenidən karantin rejimi elan edəcək ölkələr hansılardır?
Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Qeyd edək ki, Fransa, Yaponiya, Türkiyə, İran və Braziliya da daxil olmaqla, son vaxtlar dünyada yeni yoluxma hallarının artdığı müşahidə olunur.

Artıq Rusiya, Niderland, Avstraliya, Fransa və İngiltərədə koronavirusun “delta" variantına yoluxma qeydə alınıb.
Yoluxma qeydə alınan ölkələrin səhiyyə təşkilatları bununla bağlı müzakirələrə başlayıblar. Belə ki, yenidən karantin rejiminin sərtləşdirilməsi gündəmdədir.

*İranın koronavirusa qarşı mübarizə qərargahının qərarına əsasən, avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib.
Bir həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq. İranda COVID-19 virusunun geniş yayılması hökuməti qəti addımlar atmağa məcbur edib. Ölkədə peyvənd çatışmazlığının aradan qaldırılması üçün Çindən 1 milyon 100 min doza peyvənd alınıb. Rusiya ilə əldə edilən razılaşmaya görə, İrana 60 milyon doza “Sputnik V” peyvəndi verilməli idi. Lakin bu günə qədər Rusiyadan İrana cəmi 1 milyon 100 min doza peyvənd daxil olub.

Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saat ərzində İranda 36 min 736 nəfər virusa yoluxub, 620 pasiyent isə virusdan həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 425 min 821 nəfərə, bu xəstəlikdən ölənlərin sayı 97 min 828-ə çatıb. Müalicəsini davam etdirən 7323 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, indiyədək 3 milyon 728 min 940 nəfər sağalaraq evə buraxılıb.

*Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Mütəxəssislər ölkə miqyasında artan yoluxma hallarından sonra xəstəxanalardakı doluluq nisbətlərininən yüksək səviyyəyə çatdığına diqqət çəkərək, səhiyyə sisteminin "çökmə nöqtəsində olduğu" barədə xəbərdarlıq ediblər. COVID-19 müalicəsində oksigen balonları, çarpayı və bəzi vacib dərman çatışmazlığının paytaxt Yeni Delhidəki xəstəxanalar ortaya çıxdığını ifadə edən səhiyyə işçiləri mərkəzi hökuməti əyalətə təcili yardım və çatışmazlıqları aradan qaldırmağa çağırdılar. Hindistan 2 apreldən bəri gündəlik olaraq dünyada ən çox yoluxma qeydə alınan ölkə mövqeyindədir.

*ABŞ-da əhalinin kütləvi vaksinasiyasının aparılmasına baxmayaraq, COVID-19-a gündəlik yoluxma artmağa davam edir. “Cons Hopkins” Universiteti son 7 gün ərzində koronavirusa gündəlik yoluxmanın orta hesabla 67 min nəfər olduğunu açıqlayıb, bu isə bir ay əvvəlki göstəricidən 25% çoxdur. “Hər gün Birləşmiş Ştatlarda daha çox insan peyvənd olunur, peyvəndləmə daha da sürətlənir. Digər yandan, ölkənin bəzi regionlarında yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayı artır. Peyvənd olunmayan gənclər arasında da COVID-19-a yoluxma sayında artım qeydə alınır”, - deyə ABŞ-ın Xəstəliklərin profilaktikası və nəzarət üzrə Federal Mərkəzin rəhbəri Roşel Valenski bildirib.
Onun sözlərinə görə, ABŞ-da pandemiya ilə mübarizə hələ də “mürəkkəb mərhələdə”dir.

*Brazilyada da yoluxma sayı gündən-günə artır. Rəsmilərin məlumatına görə, yoluxma sayının artmasına səbəb əhalinin mövcud qaylara əməl etməməsi, maskadan istifadəni azaltmasıdır.

*ABŞ, Hindistan və Brazilyadan sonra yoluxma sayının artdığı ölkələrdən biri də Rusiyadır. Yoluxma və ölüm sayının örtməsinə görə Moskva və Peterburqda işləyən əhalinin vaksinasiyadan keçməsi zəruri olub. Hazırda Rusiya əhalisi “Sputnik V” və “Sputnik Light” peyvəndlərindən istifadə edir.

*Avqust ayından başlayaraq Yaponiyada gündəlik yoluxma sayı 9-10 min arasında müşahidə edilir. Ötən həftədən başlayaraq paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxaraq 4 min 58 nəfər olub. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 3,8 min nəfəri ötür. Yaponiya hökuməti epidemiya vəziyyətinin pisləşməsini delta ştammı ilə əlaqələndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...