Hazırda Azərbaycanda referendum və ya hansısa seçkiyə hazırlıq getmir - Hökumətdəki mənbə

Hazırda Azərbaycanda referendum və ya hansısa seçkiyə hazırlıq getmir -
Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanda bu ilin payızında referendum keçiriləcəyi, bunun ardınca isə parlamentin buraxılacağı barədə məlumatlar yayılıb.

Hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, ölkədə referendum və yaxud hansısa seçkinin keçirilməsinə hazırda heç bir hazırlıq getmir, bu məlumat həqiqəti əks etdirmir.

Hakim Yeni Azərbaycan Partiyasından da deyilib ki, hazırda partiyada hər hansı referendum və seçkinin keçirilməsi məsələsi müzakirə olunmur.

Qeyd edək ki, millət vəkilləri, o cümlədən YAP-ı təmsil edən deputatlar da ölkədə referendum keçirilməsinə və parlamentin buraxılacağına dair məlumatları təksib edən açıqlamalarla çıxış edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...