Ermənistan Azərbaycanla sülhdən qaçır, İrəvan beynəlxalq təhlükəsizliyi təhdid edir - ŞƏRH

Ermənistan Azərbaycanla sülhdən qaçır,
Azərbaycan müstəqillyini bərpa etməklə yanaşı, həm də ərazi bütövlüyü uğurunda mübarizə aparıb. Bu dövrdə Xalq Cümhuriyyəti dövründə olduğu kimi Azərbaycanın dostları və düşmənləri eynidir. Ermən havadaraları, türk düşmənləri Azərbaycanın tarixi və dədə-baba torpaqlarında "Ermənistan" adlı qondarma dövlət yaratdı. Bu ölkə mövcud olduğu illərdə region üçün təhlükə və təhdid mənbəyidir. Gürcüstan, İran, Türkiyə və Azərbaycana ərazi iddiası ilə çıxış edir, region dövlətləri arasında qarşıdurma yaradır.

Sovet İttifaqının son illərində və ondan sonra bu qondarma dövlət Azərbaycana qarşı açıq fəaliyyətə başladı, havadarlarının yardımı və bütün sahələrdə dəstəyi ilə onun ərazilərini işğal etdi. Beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın ərazi bütövlüyü pozuldu. Beynəxalq təşkilatların bütün tədbirlərində rəsmi Bakı ərazi bütövlüyü məsələsini diqqətə çatdırıb. Bunun nəticəsində BMT məsələ ilə bağlı 4 qətnamə qəbul edib. Məsələnin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu və həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyıblar. Bu, həm də ölkə ərazilərinin işğaldan təmizlənməsinin dəstəklənməsi demək idi.

Bütün bu kimi məsələləri əsas götürən Azərbaycan tərəfi Ermənistanın atəşkəsi pozmasına, yeni ərazilər ələ keçirməsi iddialarına cavab olaraq öz torpaqlarını işğaldan azad etdi.

44 günlük müharibənin əticəsi olaraq Rusiyanın vasitəçiliyi, həmsədrlərin dəstəyi əsasında Azərbaycan, Rusiya və Ermənistan liderləri üçtərəfli atəşkəs bəyanatını imzaladı. Həmin sənəddə Ermənistan hərbçilərinin Azərbaycan torpaqlarından çıxması, qaçqınların öz yurdlarına qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin açılması kimi regionun inkişafına, əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına təkan verəcək məsələlər öz əksini tapıb.


Ötən ilin sonlarında Fransa da daxil olmaqla Ermənistanın başqa havadarları regional əməkdaşlıqdan daha çox bəhs edirdilər. Belə hesab olunurdu ki, Cənub Qafqaza sabutlik, rifah və sülh gəlir.

Ancaq Ermənistanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olmaması, iki ölkə arasında sərhədlərin müəyyənləşməsində təxribat törətməsi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin atəş açması rəsmi İrəvanın regionda sabitliyi yenidən pozmağa cəhdi kimi də dəyərləndirlə bilər.

Ermənistanın sülh bağlamaqdan imtinası Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi deməkdir. Belə olan şəraitdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü niyə tanımalıdır? Yuxarıda da qeyd etdiyimiz kimi bu qonşu dövlət Azərbaycan torpaqlarının üzərində qurulub. Başqa sözlə, İrəvan, Zəngəzur və Göyçə Azərbaycanın tarixi, əzəli əraziləridir. Ermənilərin, Ermənistanın və havadarlarının Azərbaycanın ərazi bütövlüyünə mövcud münasibəti adekvat hadisəni yaradır.

Nikol Paşinyan
Nikol Paşinyan
Bu baxımdan Ermənistanın ərazi məsələsi ilə bağlı Azərbaycana qarşı atacağı addımların da cavabsız qalmayacağı istinsa edilmir. Bu isə Azərbaycanın öz tarixi torpaqlarını azad etməsi ilə də nəticələnə bilər.

Son zamanlar Ermənistan Azərbaycanla dövlət sərhədində vəziyyəti qəsdən gərginləşdirir. Azərbaycanın işğaldan təmizlənən ərazilərinə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilər atəş açır. Bütün bu təxribat, pozuculuq fəaliyyəti Azərbaycan tərəfi daha sərt addımlar atmağa təhrik etməyə hesablanıb. Ermənistan və havadarları bu yolla Azərbaycana qarşı təbliğat kampaniyası aparmağa çalışırlar.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənub Qafqaza səfərindən əvvəl Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdikləri, Qarabağda atəşkəsi pozması heç də təsadüfi deyil. Rəsmi İrəvan və havadarları Avropa İttifaqı ilə ABŞ-ın regionda əməkdaşlığı dəstəkləməsinə qarşı atılan addımdır.


Qeyd edək ki, Şarl Mişel əməkdaşlıqla bağlı tvitter hesabında yazıb: “Azərbaycan və Ermənistanda etimad tədbirlərinin təşviqi Avropa İttifaqı və ABŞ arasında səmərəli əməkdaşlıq nümunəsidir”. O, Aİ və ABŞ-ın Cənubi Qafqazda münaqişələrin həlli üzrə birgə iş apardığını qeyd edib.

Göründüyü ki, Şarl Mişelin açıqlaması Azərbaycanın regional əməkdaşlığa dair tutduğu mövqeyin doğruluğunu bir daha təsdiqləyir. Ermənistan və havadaları isə təxribat və pozuculuq fəaliyyəti göstərərək ABŞ-la Avropa İttifaqının regional əməkdaşlıq məsələlərə dair istəklərinə qarşı çıxırlar. Bu da Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın pozulması ilə nəticələnə bilər. Odur ki, Ermənistan və havadarları dünyada, eləcə də regionda baş verən dəyişikliklərdən dərs çıxarmaq istəmir. Cənub Qafqazda gərginliyi artırmağa çalışırlar. Dünya dövlətlərinin təhlükəsizliyi isə artıq çoxdandır bir-birindən asılıdır. Deməli, Ermənistan Azərbaycanla sülh bağlamamaq, ərazi bütövlüyünü tanımamaqdan imtina etməklə beynəlxalq təhlükəsizliyi təhdid edir, əməkdaşlığa və inkişafa mane olmaq istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...