Lombard sahibi müştərilərin qızıllarını götürüb qaçdı

Lombard sahibi müştərilərin qızıllarını götürüb qaçdı

Binəqədi Rayon Polis İdarəsi (PRİ) 5-ci polis bölməsinin əməkdaşları Cəfər Xəndan küçəsi, 23 ünvanında yerləşən lombardın sahibini axtarışa verib. Bu barədə virtualaz.org saytına Binəqədi RPİ-dən məlumat verilib. Məlumata görə, lombard sahibi müştərilərin qızıllarını götürərək qaçıb. Bu faktın üstü müştərilərin polisə bu barədə oktyabrın 7-də müraciət etməsindən sonra açılıb. Zərərçəkənlərin sayı 20 nəfərə yaxındır (Tofiq Bayramov, Adilə Heydərova, Şəfiqə Məmmədova, Sevil Əliyeva, Fuad Cəfərov və digərləri).

Onlar qızıllarını lombarda bu ilin əvvəlində qoyublar. Sonradan isə onlara məlum olub ki, lombard sahibi yoxa çıxıb. Binəqədi RPİ-dən bildirilib ki, lombard sahibi hələ saxlanılmadığından onun kimliyi bəlli deyil. Yalnız o məlumdur ki, həmin şəxs Azərbaycanı tərk etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1078 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...