PREZİDENT JURNALİSTİ ƏFV ETDİ

PREZİDENT JURNALİSTİ ƏFV ETDİ


Misir prezidenti Abdel Fattah al Sisi Əl-Cəzirə televiziyasının kanadalı jurnalisti Mohamed Fahmyni əfv edib.

Əfv fərmanına ümumilikdə 100 nəfər düşüb. Bu barədə jurnalistin vəkili Khaled Abu Bakr məlumat verib. Prezident əfv fərmanını BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sesiyasına yollanmazdan 1 gün öncə verib. Fəhmi və Əl-Cəzirə televiziyasının digər jurnalistləri ötən ay lisenziyasız fəaliyyət göstərmək və ölkənin mənafeyinə ziyan vuran materiallar yaymaq ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdilər.

Jurnalistlər ittihamları rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər. Amma Fəhminin həmkarı Baher Muhammadin əfv fərmanına düşüb-düşmədiyi hələlik bəlli deyil. Jurnalistlərin həbsi beynəlxalq aləm tərəfindən kəskin tənqidlə qarşılanmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...