Ziya Məmmədov sərnişindaşıma sahəsinə nəzarəttini itirir

Ziya Məmmədov sərnişindaşıma sahəsinə nəzarəttini itirir


"Bakı Sərnişindaşınma” MMC Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq.

BAKU.WS-in məlumatına görə, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi yaradılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək. Deyilənlərə görə, qurumun xidmətində "BakuBus” avtobusları və taksi faəliyyəti xidmət göstərəcək. Sərnişin avtobuslarının Nəqliyyat Nazirliyindən alınmasına səbəb kimi isə bu sahədə mövcud problemlərin uzun zamandır həll olunmaması göstərilir. Son illər avtobusların iştirakı ilə baş verən qəzalar da buna səbəb olan amillərdən biridir.

Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə yaratmağa çalışdıq. Uzun müddət mediadan qaçan qurum rəsmisi bu dəfə də müraciətimizə əhəmiyyət vermədi. Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı BAKU.WS-ə açıqlamasında bu barədə heç bir məlumatı olmadığını bildirdi. "Mən nəqliyyat sahəsində işləyirəm. Xəbərlərin içindəyəm, lakin bu barədə eşitməmişəm”, - deyə Şəfa Mehmanqızı bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...