Azərbaycan 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizəd olmayacaq

Azərbaycan 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizəd olmayacaq


Azərbaycan 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən namizəd ölkələr sırasına qatılmayıb. APA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu gün 2024 Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb.

Bunlar Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də bitib. Bakı ilə yanaşı, Torontonun da namizəd olacağı gözlənilsə də, bu şəhərlərin namizədliyi irəli sürülməyib. Oyunlara ev sahibliyi edəcək şəhərin adı isə 2017-ci ilin sentyabrında Perunun paytaxtı Limada məlum olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya açıqlamasında Azərbayanın 2024-cu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməmək qərarının təsdiqləyib.

Onun sözlərinə görə, bunun səbəbi Azərbaycanın gələn il və ondan sonrakı ildə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir: “Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədliyimizin verilməməsi qərara alınıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...