Milli Məclis Avropa Parlamentinə cavab hazırlayır

Milli Məclis Avropa Parlamentinə cavab hazırlayır

"Avropa Parlamentinin qətnaməsinə cavab olaraq Azərbaycan Milli Məclisində qətnamə hazırlanmalıdır". "Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında spiker Oqtay Əsədov deyib.

Spiker qətnamənin hazırlanmasının vacib məsələ olduğunu bildirib: "Avropa parlamentinə qarşı hazırlanan qətnamə dəqiqliklə işlənməlidir. Bu, çox vacib bir məsələdir. Əgər biz bu gün Avropa Parlementinin qətnaməsinə cavab verməsək, onlar bu qərəzli mövqelərini mütəmadi davam etdirəcəklər. Düşünürəm ki, qətnamənin qəbul olunması vacibdir".

Qətnamə layihəsinin hazırlanması üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Qənirə Paşayeva, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev və Sahibə Qafarovadan ibarət komissiya formalaşdırılıb.

Parlamentin sədri Oqtay Əsədov deputatlara qətnamə üzərində dəqiq işləməyi tapşırıb. Qətnamə layihəsinin müzakirəsi Milli Məclisin iclasının ikinci hissəsində davam etdiriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1011 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...