Helikopterlər 6 saat ara ilə PKK bazalarını atəşə tutub

Helikopterlər 6 saat ara ilə PKK bazalarını atəşə tutub


Türkiyə silahlı qüvvələri sentyabrın 11-də səhər saatlarında Ağrı dağına və çevrəsindəki xüsusi təhlükəsizlik bölgəsi elan edilən ərazilərə havadan və qurudan zərbələr endirib. Bu ərazilər PKK-nın əsas hərbi bazalarından sayılır.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatla bağlı açıqlamasında deyilir ki, hava hücumu 2 mərhələdə həyata keçirilib: “İlk əməliyyat saat 05-də başlanıb. “Kobra” tipli helikopterlər öncədən müəyyən olunmuş nöqtələri 40 dəqiqə atəş altında saxlayıb. Saat 11-də yenidən 7 helikopter havaya qalxıb və ərazini bombalayıb. Bunun ardınca canlı qüvvə daşıyan “Sikorski” helikopterləri xüsusi təyinatlıları Ağrı dağında bombalanan terrorçuların qaça biləcəyi yollara endirib. Əməliyyat 10 saat davam edib. Ərazi bütünlüklə Türkiyə ordusunun nəzarəti altındadır. Bölgəyə aparan bütün yollarda nəzarət gücləndirilib”.

Türkiyə Silahlı Qüvvələrinin “böyük əməliyyat” adlandırdığı hərbi əməliyyatlarda neçə PKK-lının məhv edildiyi açıqlanmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...