"91-lər"in qocaman üzvü daha deputat olmaq istəmir

"91-lər"in qocaman üzvü daha deputat olmaq istəmir

“Parlament seçkilərində namizədliyimi irəli sürməyə ehtiyac duymuram”. Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının sabiq deputatı, məşhur “91-lər”dən olan Şahlar Əsgərov deyib. O bildirib ki, builki parlament seçkilərində iştirak etmək fikri yoxdur: “Mən iki dəfə seçkilərdə partiyanın namizədi kimi seçilmişəm. Birinci dəfə partiyanın proporsional siyahısında ilk sıralarda olmuşam. İkinci dəfə isə partiyanın dəstəyi ilə seçilmişəm. Qarşıda görüləcək işlərim çoxdur. Kitab üzərində işləyirəm. Ona görə də builki seçkilərə qatılmaq kimi fikrim yoxdur”.

“Seçki siyahısında namizədlərdən kimi görmək istərdiniz” sualına isə Şahlar Əsgərov belə cavab verib: “Mətbuatda da bir neçə dəfə demişəm və bununla bağlı qəti qərarım var. Deputat seçilən şəxs parlamentin qarşısında duran sualları həll etməyə qadir olan insanlardan təşkil olunmalıdır. Orada gedib, sadəcə düyməni basmaqla kifayətlənməməli, prosesin passiv tərəfi olmamalıdır. Deputat qanunvericiliyin obyekti yox, subyekti olmalıdır. O həm də bütün prosesləri yaxından izləməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...