Generalın qohumu bıçaqla polisə müqavimət göstərib, onun barəsində cinayət işi açılıb

Generalın qohumu bıçaqla polisə müqavimət göstərib,
Bakıda kütləvi dava edən gənclər polisə bıçaqla müqavimət göstərib. “Report” xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla küçəsində qeydə alınıb. Məlumata görə, Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov, S.Binnətəliyev, həmçinin Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli tutulub. Daha bir neçə nəfərin axtarıldığı bildirilir. İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrlə cinayət işi açılıb.

Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...