İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

İranlı generaldan qonşu ölkələrə

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər. Bunu İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib. “Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

O bildirib ki, İran regionda müharibə arzulamır: “Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...