Bakıda pulsuz dayanacaqlar yaradıldı VİDEO
Paytaxt sakinlərinin Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına edilən çoxsaylı müraciətlər əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır.
GUNDEMİNFO.AZ-ın ANS TV-yə istinadən məlumatına görə, planda maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, habelə Bakı qeydiyyatı olmayan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Artıq bu məqsədlə şəhərin girişlərində duracaqlar inşa edilir.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Şəhər daxil olanlardan avtomobillərini həmin duracaqlarda saxlamalarını və ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyyə edir. BDYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, duracaqlardan biri Bakı- Quba yolunun 16-cı km-də Abşeron Gənclər şəhərciyinin yaxınlığında yerləşir. Bu duracaqlarda artıq təmir bərpa işləri tamamlanıb. Kamran Əliyev onu da açıqladı ki, bu duracaqlar mühafizə olunur və ödənişsizdir. Duracaqlardan ən yaxın metroya marşurut xətti açılıb ki, bundan da həm sürücülər, həm də sərnişinlər rahatlıqla istifadə edə biləcəklər.
1223 dəfə oxundu