“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb

“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb

“Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə iyunun 1-dən başlanılması gözlənilir”. Gundeminfo.az yazır ki, bunu “Report”a Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev məlumat verib.Onun sözlərinə görə, sözügedən layihə böyükdür və bir neçə komponentləri var: “Məqsəd - sərnişinlərin sürətli keçidini təmin etməkdir”.

İ.Babayev vurğulayıb ki, bu, elektron növbə sistemi əsasında həyata keçiriləcək: “Belə ki, hava limanında tətbiq edilən keçidlərin hamısı quru sərhəddə də olacaq”. O, “Ağıllı sərhəd” layihəsinin həm ödənişli, həm də ödənişsiz ola biləcəyini qeyd edib: “Bu işlər üçün quru sərhədlərimizdə bütün infrastruktur yaradılıb. Hazırda sözügedən infrastrukturun təkmilləşdirilməsi işləri gedir. Sərhəddə hazırda avtomobil 4-5 dəqiqəyə keçilirdisə, elektron sistemdə dayanmadan keçid təmin ediləcək. Əvvəlcədən həm mobil telefon, həm də kompüter vasitəsilə bizim saytımızın üzərindən nömrə götürələcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...