Daha bir nazirlik də zəlzəyə görə araşdırmalara başladı

Daha bir nazirlik də zəlzəyə görə araşdırmalara başladı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın qəlzələ baş verən bölgələrində rabitə infrastruktura ziyanın dəyib-dəyməməsini araşdırır. Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib.

Onun sözlərinə görə, tapşırıq verilib, yerlərdə araşdırmalar aparılır: “Hələki rabitədə heç bir problem yaranmayıb. Əgər hansısa problem yaranarsa, dərhal aradan qaldırılması üçün tədbirlər görüləcək”.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...