Bakının ortasında piyada səkiləri dağıdılır - VİDEO

Bakının ortasında piyada səkiləri dağıdılır -


Şəhər hakimiyyətinin abadlıq adı altında axmaqlığı Qutqaşenli küçəsində davam edir. Paytaxt meriyası burada birdən-birə yolu genişləndirməyi qərara alıb.

Tez-tez olduğu kimi, şəhər hakimiyyəti mer Hacıbala Abutalıbovun şəxsində elementar məntiqə zidd hərəkət edir. Belə ki, yolun hərəkət hissəsinin genişləndirilməsi şüarı altında bu xadim küçənin bir tərəfindən səkiləri zəbt edib və digər tərəfdə iki yaşayış evinin hasarını söküb.


Abutalıbovun ətrafındakılar, o cümlədən o özü bunu niyə və hansı əsaslarla etdiyi və indi insanların səki olmayan küçələrdən necə keçəcəyi barədə suala cavab verməkdən yayınır. Qeyd edək ki, sözügedən küçədə bir neçə il əvvəl küçənin bir hissəsini və səkini zəbt edən iki böyük obyekt yerləşir - bu, "Azərkörpü" firmasının ofisi və Narrin spa salonudur. Obyektlərdən birinin hökumətin baş naziri, ikincisinin dövlət başçısının qohumları ilə əlaqəsi var. Amma mer onların əlindən küçənin qanunsuz zəbt edilmiş hissəsini almağa cürət etməyib. Görünür, mer üçün azadlığın qeydinə qalmaq sıravi vətəndaşların deyil, bu obyekt sahiblərinin rahatlığı deməkdir.

Uşaqların və böyüklərin necə hərəkət edəcəyi Abutalıbovun maraqlandırmır, onun üçün əsas şey növbəti "abadlıq" obyektini vaxtında təhvil vermək, bu zaman insanların hüquqlarını pozmaqda, hələ onların rahatlığını demirik. Və nəhayət, şəhərdə analoqu olmayan küçə meydana çıxıb, burada səki daşları divarlara söykənir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...