Azərbaycana gətirilən məhsullarda nöqsanlar aşkar olunub

Azərbaycana gətirilən məhsullarda nöqsanlar aşkar olunub


Azərbaycana idxal olunan məhsulların bəzilərində markalanma ilə bağlı müəyyən problemlərə rast gəlinib. Bunu Trend-ə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən markalanma Azərbaycan dilində aparılmalı olduğu halda bu tələblərə əməl olunmayıb. Bu cür hallarda təmsil etdiyi qurum tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində hərəkətə keçdiyini qeyd edən F.Talıblı vurğulayıb ki, bu hallarda qanunvericiliyə uyğun olaraq cərimlər tətbiq olunur: “Bu nöqsanlar əsasən ölkəmizə idxal olunan xarici məhsulların sənədlərinin, markalarının Azərbaycan dilində olmamasıdır. Belə hallarla rastlaşdıqda onların Azərbaycana idxalının dayandırılması və nöqsanların aradan qaldırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər həyata keçiririk. Müvafiq İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq cəza və sanksiyalar da tətbiq edirik. Digər aidiyyatı qurumlar da satış nöqtələrində bu cür fakt aşkar edildiyi təqdirdə qanunla üzərlərinə qoyulan prosedurları yerinə yetirirlər”.

Azərbaycanda istehsal olunan məhsulların qablaşdırılması məsələsinə də toxunan qurum rəsmisinin sözlərinə görə, istehsal zamanı texnoloji proseslərdə xırda nöqsanlar olur və onlar dərhal aradan qaldırılıb: “Ümumilikdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti tərəfindən bu il ərzində aparılan araşdırmalar zamanı məhsul istehsalının qablaşdırmasında əsaslı nöqsan aşkar edilməyib. Buna baxmayaraq, məhsulların hər birinin özünə uyğun standartı olduğundan bəzi hallarda xırda nöqsanlar qaçılmaz olur. Biz belə nöqsanları və onları yaradan amilləri aradan qaldırmağa çalışırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...