Fikrət Yusifovun yazılarını oxumuram - vaxtıma heyfim gəlir

Fikrət Yusifovun yazılarını oxumuram -


ADR hərəkatının sədri, iqtisadi ekspert Qubad İbadoğlu musavat.com-a açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifovun çox saylı ittihamlarına çox qısa cavab verib. Q.İbadoğlu bildirib: “Mən Fikrət Yusifovun yazılarını oxumuram. Çünki vaxtıma heyfim gəlir. Ondan olsa dünya bazarında neftin qiymətinin ucuzlaşmasını da mənimlə bağlayar. Mən o qədər də fövqdəladə gücə malik deyiləm ki, dünyanın nəhəng təşkilatı yalnız mənim fikrim əsasında qərar qəbul etsin”.

Qeyd edək ki, F.Yusifov bildirib ki, aprelin 15-də Konqo Respublikasının paytaxtı Brazzavildə keçirilən "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin 29-cu toplantısında məhz Q.İbadoğlunun təkidi və səyi ilə Azərbaycanı bu təşkilata həqiqi üzv statusundan məhrum edən və "namizəd ölkə" statusuna endirən qərar qəbul edildi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...