Cənubi Qafqaz qaz kəmərində partlayış - “Şahdəniz”də hasilatı dayandırmayıb

Cənubi Qafqaz qaz kəmərində partlayış  -


Avqustun 25-nə keçən gecə Cənubi Qafqaz qaz kəmərinin Türkiyə hissəsində törədilmiş terror aktı Xəzər dənizində “Şahdəniz” yatağında qaz hasilatına heç bir təsir etməyib.

BP şirkətinin məlumatına görə, avqustun 23-də profilaktika işləri başa çatdıqdan sonra hasilat bərpa edilib və getdikcə artır. Qaz kəmərinin Türkiyə sərhədinə qədər tam dolması üçün (sahilə qədər 100 km + 680 km) üç-dörd gün tələb olunur.
Amma əgər bu müddət ərzində BOTAS şirkəti boru kəmərini bərpa edə bilməsə, BP-nin qaz hasilatını dayandırmamaq üçün imkanları var. SOCAR-dakı mənbənin Turan-a verdiyi məlumata görə, bu halda Dövlət Neft Şirkəti “Şahdəniz” yatağından əlavə qaz həcmi qəbul edə və yeraltı anbarlara toplaya bilər. “Bunun üçün bizim texniki imkanlarımız var”, deyə mənbə qeyd edib.

Avqustun 25-nə keçən gecə Türkiyənin Kars şəhərinin Sarıkamış yaşayış məntəqəsi yaxınlığında PKK döyüşçüləri Bakı-Tbilisi-Ərzurum qaz kəmərini partladıblar. Qaz verilməsi dayandırılıb. Turan xatırladır ki, üç həftə əvvəl Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin elə həmin yerində terror aktı həyata keçirilmişdi. Həmin vaxt avqustun 4-də gecə boru partladılan zaman qaz kəmərində mavi yanacaq olmamışdı və texniki ziyandan başqa elə bir xətər olmamışdı. Çünki avqustun 2-də “Şahdəniz” yatağındakı platformada aparılan profilaktiki işlərlə əlaqədar hasilat dayandırılmış və terror hadisəsindən 7-8 saat əvvəl Gürcüstandan Türkiyəyə qazın ötürülməsini təmin edən iki qaz-kompressor stansiyalarının fəaliyyəti tam dayandırılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...