Bakıda velosiped oğruları tutuldu

Bakıda velosiped oğruları tutuldu


Bakıda oğurluq edən şəxslər saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də Vasif Əsgərova məxsus velosipedi oğurlamış Abşeron rayon sakinləri Əli Əzizov, Seymur Xıdırov və Cəbrayıl rayon sakini Nəsimi Quliyev tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların iyul ayı ərzində Fuad Dadaşova, Elçin Bağırova, Oqtay Quliyevə, Oksana Fokinaya və Əbdül Qasımova məxsus velosipedləri oğurlamaları da müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...