Nazirlik prezidentin görüşündən sonra hərəkətə keçdi

Nazirlik prezidentin görüşündən sonra hərəkətə keçdi


“Ölkə başçısının 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb. İki və üç ulduzlu mehmanxanaların tikintisi və sahibkarların stimullaşdırılması, onların bu sahəyə marağının artırılması ilə bağlı tərəfimizdən müvafiq təşkilatlara məktublar hazırlanıb”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

Şöbə müdirinin sözlərinə görə, mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır: “Həmçinin sahibkarlar, turizm təşkilatları və mehmanxana menecerləri ilə birgə aparılan işlər davam etdirilir”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq turistlərə elektron vizanın qısa müddət ərzində verilməsi ilə bağlı aidiyyəti nazirlik tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanacaq: "Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...