"Senat komitəsinin qərarı təkcə ermənilərə yox, azərbaycanlılara da aiddir"

"Senat komitəsinin qərarı təkcə ermənilərə yox, azərbaycanlılara da aiddir"


"ABŞ Senatının Təxsisatlar Komitəsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş hər kəsə yardımı nəzərdə tutur".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Senatının Təxsisatlar (ayırmalar) Komitəsinin Dağlıq Qarabağa maddi yardım ayrılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib. O bildirib ki, bu qərar həm də azərbaycanlılara aiddir: “Qərar təkcə hazırda Dağlıq Qarabağda yaşayan şəxslərlə əlaqəli deyil. Bu, erməni tərəfinin uydurduğu bir şeydir. Tamamilə yalandır. Dəqiq olaraq belədir ki, Amerika hökuməti Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım edəcək. Bu, əlbəttə ki, azərbaycanlılara da aiddir. Savab işdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...