1,6 milyon “Honda” avtomobili xarab çıxdı – Şirkət maşınlarını geri çağırır

1,6 milyon “Honda” avtomobili xarab çıxdı –


Yaponiyanın “Honda” firması 1,6 milyon maşınını geri yığır.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, geri yığım avtomobillərdə quraşdırılan təhlükəsizlik yastıqlarındakı qüsurla bağlıdır. Yaponiya daxilində Takata şirkətinə məxsus təhlükəsizlik yastıqları ilə təchiz olunmuş 9,5 milyon avtomobil geri çəkilib. Xatırladaq ki, hələ bu ilin iyun ayının sonunda “Tayota” və “Nissan” firmaları mövcud qüsura görə 3 milyondan çox avtomobillərini geri çəkib.

Təhlükəsizlik yastıqlarındakı qüsur ondan ibarətdir ki, yastıqlar avtomobil hərəkətdə olan zaman qeyri-ixtiyarı açıla bilir. Yastıqların hava sıxıcı kompressorlarında olan nasazlıq ona gətirib çıxarır ki, təkan zamanı yastıqlar insana metal parçalarla "atəş aça" bilir. Məlumata görə, ABŞ və Malayziyada baş verən bu cür insidentlər nəticəsində 8 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb. Analoji insident Yaponiyada “Nissan” avtomobilində də baş verib. Lakin, bu zaman heç kəs xəsarət almayıb. Bu ilin mayında Takata 34 milyondan çox avtomobildə quraşdırılan hava yastıqlarındakı qüsuru etiraf etməyə razı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...