"Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürməsi üçün çoxsaylı müraciətlər var" Siyavuş Novruzov

"Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürməsi üçün çoxsaylı müraciətlər var"


Yerli mediada Yeni Azərbaycan Partiyasının prezident İlham Əliyevanın qızı Leyla Əliyevanın bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatlar dərc edilib. Məlumatı dəqiqləşdirmək üçün Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzova müraciət etdik.

GUNDEMİNFO.AZ yazır ki, S.Novruzov Amerikanın Səsinə bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkilərində deputatlğa namizədliyini irəli sürərsə Yeni Azərbaycan Partiyası onun namizədliyini dəstəkləyəcək.

“Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürməsi YAP-ın arzusu və istəyidir. Partiya üzvlərinin çoxsaylı müraciətləri var ki, partiya tərəfindən Leyla Əliyevanın namizədliyi irəli sürülsün. Amma, “Seçki Məcəlləsi”nə uyğun olaraq hər bir namizədin razılığı olmalıdır

L.Əliyevanın Azərbaycan üçün gördüyü işlər, apardığı “Xocalıya yardım” kampniyası, o cümlədən xaricdə təhsil alan gənclərə daimi dəstəyi, həmçinin kimsəsizlərə, xəstə uşaqlara təmənnasız kömək etməsi və Azərbaycan mədəniyyətini, incəsəntini dünyada təbliğ etməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işi uğrunda mübarizə aparması və digər məsələlər Azərbaycan seçiciləri tərəfindən onun Milli Məclisə deputat seçilməsinə tam yekdilliklə səs verməsi üçün təminat verir. Lakin, dediyim kimi burada namizədin özünün razılığı və partiya üzvlərinin fikrinuin partiya rəhbərinə çatdırılıb qərar qəbul olunmasına ehtiyac var”, o qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...