Ramazan bayramında əfv olacaqmı? Prezidentə müraciət olundu

Ramazan bayramında əfv olacaqmı?


“Biz bununla bağlı Əfv Komissiyasına müraciətlərimizi etmişik”.

Bunu Hafta.az-a açıqlamasında İşçi Qrupun üzvü Səidə Qocamanlı deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, İşçi Qrup üzvləri müqəddəs Ramazan bayramı münasibətilə növbəti əfv sərəncamını gözləyirlər: “Ramazanda əfv sərəncamının olacağını gözləyirik. Amma bu ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Biz bununla bağlı Əfv Komissiyasına müraciətlərimizi etmişik. Yekun siyahı orada hazırlanır”. Səidə Qocamanlı İşçi Qrupunun son aylardakı fəaliyyətindən də danışıb: “İşçı Qrupun növbəti toplantısı hələ ki, gözlənilmir. Çünki indi yay vaxtıdır. Yay aylarında adətən İşçi Qrup nadir hallarda toplanır. Amma üzümüzə gələn aylarda növbəti toplantılar keçirəcəyik”. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv sərəncamını bu il martın 18–də imzalayıb. Bu sərəncamla 97 nəfər məhbus azadlığa buraxılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...