PA rəsmisi: "Ermənilər dünyada iki yerə bölünüblər"

PA rəsmisi: "Ermənilər dünyada iki yerə bölünüblər"

"Ermənilərin bir hissəsi müxtəlif ölkələrdə müxtəlif yollarla məskunlaşıb kef çəkir, qoltuq altında “vətən uğrunda mübarizə aparır. İkinci hissə isə birincilərin əvəzinə “vətəndə” cəza çəkir”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
O deyib ki, bu gün ermənilər dünyada iki yerə bölünüblər. N.Məmmədov üç gün əvvəl Ermənistanda baş verən hadisələri şəhr edərkən deyib ki, bu hadisələr ikili standartların bariz nümunəsidir. Beynəlxalq hüququ müdafiə edən təşkilatlar nədənsə Ermənistanda baş verənləri görmür. Söhbət təkcə indi baş verən prosseslərdən getmir, Qərb Ermənistanı həmişə müdafiə etməyi özünə borc bilir. Bu hadisələr gec-tez olmalı idi. Çünki, bu ölkə inkişaf etmir və gələcək prespektivi də yoxdur. Ermənilər başa düşməlidir ki, Azərbaycansız onlar bir dövlət kimi var ola bilməzlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...