“Azərbaycanda homoseksual vəzifəlilər var”
“Homoseksuallıq və cinsiyyət dəyişdirilməsi Azərbaycanda bəzi vəzifəli, zəngin insanların stimullaşdırdığı bir fəaliyyətdir”.
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat son günlər cinsiyyət dəyişdirilməsi halları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, homoseksuallıq bir xəstəlikdir.
Deputatın sözlərinə görə, cinsiyyət dəyişdirilməsi halları bu gün Azərbaycanda geniş yayılıb: “Belə xəstəliklər Azərbaycan mühitində süni şəkildə ötürülməkdədir. Bu insanın təbii varlığına ziddir. İnsanların bundan necə qorunmalarını söyləmək çox çətindir. Bu daha çox insanın fərdi daxili xüsusiyyətləri ilə bağlı olan bir xəstəlikdir. Hər halda cəmiyyətdə buna qarşı mənfi münasibət daha ciddi olmalıdır. İnsan əxlaqına və təbiətinə zidd olan cinsiyyət dəyişdirilməsinə qarşı cəmiyyət sərt mövqe nümayiş etdirməlidir. Bu xəstəliyin yayılmasını stimullaşdırmamalıdırlar. Amma bu xəstəlik Azərbaycanda hansısa bir formada stimullaşdırılır. Kütləvi informasiya vasitələrində yüngül həyat tərzi təbliğ olunur. Hazırda əxlaqsızlıq da stimullaşdırılır. Geyimlər və müxtəlif davranışlarla homoseksullağı cəmiyyətə qəbul etdirməyə çalışırlar”.
Millət vəkilinin fikrincə, Azərbaycanda belə halların yayılmasının əsas səbəbi həqiqi dini təsəvvürlərin olmamasıdır: “Saxta bir iman anlayışı var. Ona görə də insanların belə hallara qarşı reaksiyalarında müəyyən problemlər var. Hər halda bu məsələyə kriminal kimi baxmaq lazım deyil. Cəmiyyətin mənəvi dəyərlərinə qarşı müəyyən hücumlar var. Buna görə də belə hallara qarşı müəyyən tədbirlərin görülməsini vacib hesab edirəm”.
F. Mustafa həmçinin qeyd edib ki, Azərbaycanda homoseksuallıq və cinsiyyət dəyişdirilməsinin yayılmasını stimullaşdıran məhz bəzi vəzifəli şəxslərdir: “Homoseksuallıq və cinsiyyət dəyişdirilməsi Azərbaycanda bəzi vəzifəli, zəngin insanların stimullaşdırdığı bir fəaliyyətdir. Qeyri-əxlaqi davranışların müəyyən bir qismi bu stimullaşdırmanın nəticəsi olaraq meydana çıxır. Ona görə də cəmiyyətdə buna qarşı bir sərt mövqe ortaya qoyulmalıdır. Belə olmadıqda bu daha da adiləşir. Nəticədə isə cinsiyyət dəyişdirilməsinin normal hal olduğunu təlqin edirlər. Cahil insanlar belə bir addım atırlar. Bizim telekanallarda fiziki üzdəniraqların təbliğatı gedir. Onları söz sahibləri kimi təqdim edirlər”.
Millət vəkili hesab edir ki, kişinin cinsiyyətini dəyişdirməsi Allaha qarşı üsyandır: “Mən insanın öz təbii mahiyyətindən uzaqlaşmasını Allaha üsyan kimi qiymətləndirirəm. Bu yaradana üsyandır. Allah insanı kişi yaradıbsa, sonradan onu necə qadına çevirirlər? İnsan necə yaradılıbsa, eləcə də qalmalıdır. Əgər Allah kişini lazım bilsəydiə, qadın da yaradardı. Mən bu məsələdə çıxış yolunu görə bilmirəm. Çox çətin bir məsələdir”.
Deputat fikirlərinə əlavə edib ki, dövlət vəzifələrində çalışan bəzi şəxslərin homoseksuallığa meyilli olmaları ilə bağlı cəmiyyətdə söz-söhbətlər dolaşır: “Bəzi adamların belə hallara haqq qazandırdıqlarını biz də kənardan eşidirik. Fakt olaraq bir şey söyləyə bilmirəm. Yalnız onu bilirəm ki, bu hallar Azərbaycanda çox geniş yayılıb. Çıxış yolu yoxdur. Yalnız normal vəzifələrə təyin olunan adamların mənəvi keyfiyyətləri ciddi yoxlanılmalıdır. O cür fiziki üzdəniraq şəxsləri dövlət vəziflərinə təyin etmək olmaz. Çünki bundan sonra hər kəs elə ola bilər. Belə şəxslərin vəzifə tutmaları ilə bağlı cəmiyyətdə kifayət qədər söz-söhbətlər dolaşır. Bu məlumatların müəyyən bir qismi qərəzli ola bilər. Amma müəyyən bir qismi də həqiqətdir”.
1220 dəfə oxundu