Avropa Oyunlarına görə metrodan nə qədər insan istifadə edib?

Avropa Oyunlarına görə metrodan nə qədər insan istifadə edib?

Avropa Oyunları ilə əlaqədar metrodan bir gündə 600 mindən çox sərnişin istifadə edib. Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O, bildirib ki, Avropa Oyunlarının keçirilməsinə baxmayaraq, metroda sıxlıq müşahidə olunmur. “İyun ayından etibarən metropoliten yay rejiminə keçib. Məktəblər, ali təhsil müəssisələrində dərslər başa çatdığından sərnişinlərin çoxu istirahətə gedib. Odur ki, metrodan istifadə edənlərin sayı azalıb. Avropa Oyunları ilə əlaqədar qonaqların gəlməsi, yerüstü nəqliyyatda məhdudiyyətlərin olması yeraltı nəqliyyatdan istifadə edənlərin sayını artırıb. İdman arenaları metrostansiyalarına yaxın olduğundan metrodan istifadə edənlər çoxalıb. Amma bu günə kimi heç bir problem yaranmayıb”.

QSC sözçüsü onu da bildirib ki, əvvəllər yay qrafikində 400-450 min sərnişin metrodan istifadə edirdisə, indi bu rəqəm 600 minə çatıb. N. Paşayevin sözlərinə görə, xarici qonaqlar üçün metroda heç bir problem yoxdur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...