Səlim Müslümov 12 işçini təqaüdə göndərdi

Səlim Müslümov 12 işçini təqaüdə göndərdi
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. Artıq 3 ildir müxtəlif dövlət qurumlarında 65 yaş həddinə çatmış işçilər müəyyənləşdirilib, təqaüdə göndərilir.
Modern.az saytı 2015-ci ilin ötən dövrü ərzində mərkəzi icra hakimiyyəti orqanlarında təqaüdə göndərilən 65 yaşlı işçilərin olub-olmadığını öyrənməyə çalşıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sektor müdiri Pərviz Budaqov bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində onlardan yaşla əlaqədar təqaüdə göndərilən olmayıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev qeyd eidb ki, 2015-ci ilin əvvəlindən bu günə qədər 65 yaşı tamam olub təqaüdə göndərilən yalnız bir nəfər var: "Amma 65 yaşı tamam olan, öz ixtisasını, peşəsini yüksək səviyyədə bilən, peşəkarlıq qabiliyyəti olan iki mütəxəssis bir illik müqavilə ilə işləməyə davam edirlər”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu ilin ötən dövründə onlarda təqaüdə göndərilənin olmadığını vurğulayıb. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, 65 yaşla əlaqədar bir nəfər mərkəzi aparatdan təqaüdə göndərilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov 2015-ci ilin ötən dövründə onlarda təqaüdə göndərilənin olmadığını qeyd edib. Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib ki, onlarda bu il ərzində təqaüdə göndərilən olmayıb. “Yalnız bir nəfərin 65 yaşı tamam olub, amma o da bir illik müqavilə ilə fəaliyyətini davam etdirir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bu il 12 nəfərin 65 yaşla əlaqədar təqaüdə göndərildiyini vurğulayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, onlarda 2015-ci ilin əvvəlindən bu günə qədər 65 yaşı tamam olub təqaüdə göndərilən yoxdur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...