“Onu nokauta salmaq istəyirdim”

“Onu nokauta salmaq istəyirdim”

“Zəif rəqib yoxdu, bütün rəqiblər güclüdü. Ancaq hər bir idmançının məqsədi qələbə qazanmaqdı”. Bunu apasport.az saytına Azrəbaycan yığmasının boksçusu Lorenzo Sotomayor deyib.

Bakı-2015 I Avropa Oyunlarının 1/8 final mərhələsində moldovalı Dmitri Qalaqot üzərində qələbə qazanan (3:0) Kuba əsilli boksçu rəqibini nokauta salmağa çalışdığını bildirib: “Döyüşlə bağlı təəssüratım olduqca yaxşıdı və nəticədə mən qələbə qazandım. Hər şey strategiyadan asılıdı. Onu nokauta salmaq istəyirdim. Amma hücum əsnasında strategiya dəyişdiyi üçün nokaut alınmadı. Həm də rəqibim güclü döyüşçü idi və birinci zərbədən sonra strategiyasını dəyişdiyi üçün nokaut baş vermədi”.

Qeyd edək ki, Sotomayor 1/4 final mərhələsində Daniel Nikulesku (Rumıniya) ilə döyüşəcək. Görüş iyunun 23-də olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...