Raffi Ovannisyan: “Ordu erməni gənclərini dəyirman kimi üyüdür”

Raffi Ovannisyan: “Ordu erməni gənclərini dəyirman kimi üyüdür”

Raffi Ovannisyan: Erməni əsgərləri dəhşətli mütəmadiliklə həlak olurlar

“Ordu erməni gənclərini dəyirman kimi üyüdür”.

Bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini general-leytenant Leva Mnatsakanyanı tutduğu vəzifədən azad edilməsi haqqında fərman imzalayıb. Digər fərman ilə isə general-leytenant Movses Akopyan Ermənistan Respublikasının SQ BQ-nın rəis müavini təyin edib.

Oxu.Az xəbər verir ki, express.am saytının məlumatına əsasən, kadr dəyişikliyinin əsas səbəbi separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş müdafiə naziri Movses Akopyanın öz etimadını doğrultmaması ola bilər.

“Bundan başqa, Movses Akopyanın tutduğu vəzifədən azad edilməsinə səbəb şəxsi heyətdə hərbi ruhun və nizam-intizamın olmaması, vəzifəli şəxslərin yararsızlığı, cəbhə bölmələrinin qeyri-məqbul maddi-texniki təchizatı da vasitəçi ola bilərdi.

SQ sıralarında baş verən hadisələrin 20%-i şəxsin ləyaqətinə və şərəfinə toxunmaqla, təhqir və alçaldılma ilə bağlı cinayətlərdir”, - məqalənin müəllifi Raffi Ovannisyan yazır.

Müəllifin fikrincə, “beləliklə, iddia etmək olar ki, “DQR”nın “müdafiə ordusunda”, elə “respublikanın” özündə də ədalətə nail olmaq seçici xarakter daşıyır və çox zaman təzyiq vasitəsilə əldə edilir.

“Ordudakı vəziyyət ölkədəki vəziyyətin güzgüdəki əksinə çevrilib. Orduda gənc uşaqların ölümü ilə sonlanan hadisələr cəzalanmanın olmayacağı hissinin nəticəsidir. Bu isə kimin isə hansısa bir məmurun, nazirin və ya generalın qohumu olması ilə meydana gəlir.

Vətəndaşlarının əsas hüquqdan - səsvermə hüququndan məhrum olan, bu hüququn maliyyə, administrativ resurslarla, saxtakarlıq, zorakılıq, pressinq, rüşvət, digər hüquq pozuntuları ilə əvəzlənən ölkədə gənc adamın ölümü ekstro-ordinar bir şey kimi görünmür. Yuxarıda sadalanan hər şeyin olduğu bu ölkədə yoxsulluğun, dilənçiliyin və mühacirətin sayı ildən-ilə artır. Orduda vəziyyət isə yuxarıda sadalananlara əsaslanır”, - müəllif qeyd edir.

Raffi Ovannisyanın sözlərinə görə, ordu erməni gəncləri üçün dəyirmandır.

“Aydındır ki, erməni hakimiyyəti öz vətəndaşlarından həqiqəti gizlətmək məcburiyyətindədir. Və iş, ölümlər haqqında xəbərlərin dəhşətə gətirəcək dərəcədə mütəmadi daxil olmasında deyil. İş ondadır ki, hakimiyyət bütün bu baş verənlərə dəhşətli qeyri-adekvatlıq nümayiş etdirirlər.

Hakimiyyət dəvəquşu siyasəti həyata keçirir, ictimai suallara cavab olaraq isə ya keçən il ilə müqayisədə ölümlərin sayının azalmasına dair statistik məlumatlar təqdim edir, ya da belə hadisələrin bütün ordularda baş verdiyini söyləyirlər. Bu dəvəquşu siyasəti isə gənc erməni uşaqlarının həyatına mail olur.

Hakimiyyət orduda itkiləri gizlətdiyi üçün qeyri-rəsmi mənbələrə əsaslanmalı oluruq. Qeyri-hökumət erməni təşkilatlarının məlumatına əsasən, 2011-ci ildə Ermənistan SQ sıralarında 39 ölüm hadisəsi qeydə alınıb və onların yalnız 10 nəfəri düşmən gülləsindən həlak olub.

2012-ci ildə orduda 48 belə hadisə yer alıb, onların arasında 12-si düşmən payına düşür.

2013-cü ildə 40 bədbəxt hadisə baş verib, onların 31-i ölümlə nəticələnib.

Rəsmi statistikaya müvafiq olaraq yalnız 2014-cü ildə orduda 103 bədbəxt hadisə qeydə alınıb, onların 75-i ölümlə nəticələnib.

2015-ci ilin birinci yarımilliyində 98 bədbəxt hadisə qeydə alınıb, onların 51-i ölümlə nəticələnib.

Ordu və erməni cəmiyyətində ağalıq edən qanunsuzluq arasında qarşılıqlı əlaqəni anlamaq üçün erməni SQ təbii ki, qeyri-rəsmi strukturunu təhlil etmək lazımdır. Balıq hər zaman başdan iyləndiyi üçün erməni generallarının məğzinin nədən ibarət olduğunu və nə ilə nəfəs aldıqlarını anlamaq lazımdır. Generalitet əsasən zəngin biznesmenlər və geniş malikanə sahibləri ilə təqdim edilib. Bu kök atmış cənabların sayəsində ordu son illərdə onların klanlarını maraqlarını qoruyan qanuni xidmət vasitəsinə çevrilib.

Belə generalların rəhbərlik etdiyi ordu, sovet ordusunun qanunlarının ağalıq etdiyi struktura bənzəyir, həm də bu ordu keçmiş səhra komandirlərinin ambisiyaları ilə möhkəmləndirilib. Özünəməxsus ordu ierarxiyası generallar və ərazilərdə nəzarəti yerinə yetirənlər ilə əlaqəyə əsaslanır. Beləliklə də, orta və kiçik komandir heyəti ordu idarəçiliyi sistemindən kənarda qalır, baxmayaraq ki, orduda bütün əziyyət məhz zabitlərin orta bəndinin üzərinə düşür və məhz onlar orduda ölümlərə görə məsuliyyət daşıyır”, - müəllif yazır.

Məqalədə qeyd edildiyi kimi, Ermənistanın bugünkü ordusu yuxarıda göstərilən səbəblər ucbatından elementar nizam-intizamı təmin etməyə və xidmətə yeni çağırılmış hərbçiləri müdafiə etməyə qadir deyil.

“Bu vəziyyət çoxdan köklü dəyişiklik tələb edir. SQ-də “yuxarıdan” başlanan daxili, intizamdan kənar münasibətlərin, zabitlər nəslinin və generalitetin dəyişdirilməsi yönümündə islahatların həyata keçirilməsi labüddür. Ermənistanda əsasən qərargah və idarələrində dünyanın müxtəlif hərbi institutlarında təhsil almış onlarla, yüzlərlə gənclər oturub. Onların erməni ordusunda xidmət etmə və orada qayda-qanun yaratma vaxtı çatıb, bu, biabırçı vəziyyətlərin minimuma endirilməsi üçün lazımdır.

“DQR”nın “müdafiə ordusunun” komandanı vəzifəsinə təyin edilən general-leytenant Leva Mnatsakanyan müxbir ilə müsahibəsində bəyan edib: “Biz hərbçilər əmr quluyuq, hara göndərsələr, orda da xidmət edəcəyik. Bu, bizim borcumuzdur”, - o qeyd edib.

Bu sözlərdən aydın olur ki, general-leytenant Leva Mnatsakanyan “DQR”nın “müdafiə ordusu” barədə dəqiq məlumata malikdir və bu təyinata heç də sevinmir. Belə yüksək vəzifəli generalın sözlərində ona etibar edilən vəzifəni yerinə yetirəcəyinə dair inamsızlıq hiss olunur.

Ermənistan rəhbərliyi tərəfindən atılan bu addımın cəmiyyətin müvəqqəti olaraq “DQR”nın “müdafiə ordusu”nda mövcud olan qlobal problemlərdən diqqətini yayındırmaq üçün atıldığını nəzərə alaraq, general-leytenant Leva Mnatsakanyandan yaxın zamanda müsbət nəticələr gözləməyə dəyməz”, - Raffi Ovannisyan yekunda yazır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...