Vahid Əhmədov yaxın 3 il üçün neft proqnozu verdi

Vahid Əhmədov yaxın 3 il üçün neft proqnozu verdi

Azərbaycanlı milyarder, Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, yaxın üç ildə bir barelə görə neftin qiyməti 60-70 dollar arasında dəyişəcək. Bu barədə azvision.az "RİA Novosti"yə istinadən xəbər verir. "Biz hesab edirik ki, neftin qiyməti hələ bir müddət bu aşağı səviyyədə qalacaq", - deyə Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bir müddət öncə Texasda neft üzrə beynəlxalq konfransda çıxış edən “Lukoil” prezidenti qeyd etmişdi ki, neftin qiymətinin aşağı düşməsi davam etməyəcək.

V.Ələkbərov vurğulamışdı ki, Rusiyada neft hasilatı tezliklə sabitləşəcək və yaxın perspektivdə bir az azalacaq: “Biz əminik ki, Arktikada böyük ehtiyatların işə salınması ilə Rusiya yenidən neft hasilatı üzrə liderliyə qalxacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...