Sədrlə erməni jurnalist arasında Azərbaycana görə qalmaqal

Sədrlə erməni jurnalist arasında Azərbaycana görə qalmaqal

Nikolay Bordyuja erməni jurnalistdən izahat tələb etdi

KTMT-nin sədri Nikolay Bardyujanın mətbuat konfransında qalmaqal yaşanıb.

Ans press-in Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında erməni jurnalistin Bordyujaya sualı zalda gərginlik yaradıb. Erməni jurnalistin KTMT-nin Azərbaycana bu quruma üzvlük üçün müraciətinin izahahatını verməsini tələb edib.

Nikolay Bordyuja isə cavabında erməni jurnalistin özündən izahat tələb edib: " Əslində mən sizdən izahat istəyirəm. Mən nə zaman üzvlüklə bağlı Azərbaycana müraciət etmişəm? Heç yadımda deyil. Ancaq etiraf etməliyəm ki, bu barədə Ermənistan mətbuatında çox xəbərlər oxumuşam. Sizin mətbuata qalsa mən çox şey demişəm. Halbuki bunlardan özümün xəbərim yoxdur. Ancaq bununla belə Azərbaycanın üzvlüyü ilə bağlı hər halda fikrimi bildirmək istərdim. KTMT bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Əgər Azərbaycan tərəfi bizə üzvlüklə bağlı müraciət etsə, bütün üzvlərimizlə bunu dəyərləndirməyə hazırıq".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...